Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:45

"Xədicəni azad et!" posteri Vaşinqtonda!


Xədicə İsmayıl
Xədicə İsmayıl

►Sual: Korrupsiyanı araşdırmağa harada 7 il yarım həbs cəzası verilir?

Cavab: Azərbaycanda

Bu sual-cavab və AzadlıqRadiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılovanın fotosu olan poster Vaşinqtonda qoyulub. Bu barədə Azad Avropa/AzadlıqRadiosunun Vaşinqton müxbiri xəbər verir.

Plakatda “Xədicəni Azad Et” (# FreeKhadija) çağırışı da yer alır.

Xədicəylə yanaşı ReAL hərəkatının lideri İlqar Məmmədovun fotosu olan poster də yerləşdirilib.

Xədicə İsmayıl iqtisadi ittihamlarla 7 il yarım həbs cəzasına məhkum edilib.

Jurnalist ittihamları rədd edir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu deyir.

“Amnesty International” Xədicə İsmayılı vicdan məhbusu elan edib. Hökumət isə ölkədə siyasi və ya vicdan məhbusunun olmadığını deyir.

XS
SM
MD
LG