Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:17

Amal Kluni Xədicənin işi ilə bağlı rəyini məhkəməyə təqdim etdi


Xədicə İsmayıl, Amal Clooney
Xədicə İsmayıl, Amal Clooney

►"Azərbaycan hakimiyyəti yerli məhkəmələrdə onun hüquqlarını və təqsirsizlik prezumpsiyasını pozub."

Araşdırmaçı jurnalist. Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın vəkilləri Amal Kluni və Nani Yansen öz rəylərini Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim ediblər.

Londondakı Medianın Hüquqi Müdafiə Təşəbbüsü (Media Legal Defence Initiative) təşkilatından Turan-a verilən bilgiyə görə, vəkillər qeyd ediblər ki, X. İsmayıl ölkə rəhbərliyinin korrupsiya hallarını ifşa etdiyinə görə, təqiblərə məruz qalıb və həbs olunub. Əslində jurnalistin təqib və həbs edilməsinə heç bir hüquqi əsas olmayib. (Ətraflı Amal Kluninin müsahibəsində)

Vəkillərin qeydləri məhkəmənin Azərbaycan hakimiyyətindən yanvarın 15-də aldığı cavabın şərhidir.

Vəkillər həmçinin bildiriblər ki, Azərbaycan hakimiyyəti yerli məhkəmələrdə onun hüquqlarını və təqsirsizlik prezumpsiyasını pozub.

X.İsmayıla münasibətdə Konvensiyanın 5 (azadlıq və toxunulmazlıq hüququ), 6 (ədalətli məhkəmə), 10 (ifadə azadlığı), 13 (müdafiə hüququ), 14 (diskriminasiyanın qadağan edilməsi) və 18-ci (hüququn məhdudlaşdırılması) maddələrinin pozulduğu da diqqətə çatdırılıb.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Bütün bunlara əsaslanan vəkillər Avropa İnsan Hüquqları Məhkəməsini Xədicə İsmayılın dərhal azad edilməsi barədə qərar qəbul etməyə çağırıblar. Yaxın vaxtlarda Avropa məhkəməsinin bununla bağlı qərarı gözlənilir.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin o, ittihamları qəbul etmir və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirir.

“Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı Xədicə İsmayılı «vicdan məhbusu» elan edib.

Buna da bax: Bakıda Novruz atəşfəşanlığı...

Bakıda Novruz atəşfəşanlığı...
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG