Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:38

Müstəqil olmayan xəbər telekanalının xəbərlərinə kim inanacaq?


Bahalaşma dalğasını yaradan nədir?
Gözlə

No media source currently available

0:00 0:14:52 0:00

Bahalaşma dalğasını yaradan nədir?

Azərbaycanda yeni ixtisaslaşdırılmış telekanal yaradılır. Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli Trend informasiya agentliyinə deyib ki, mədəniyyət, idman üzrə ixtisaslaşmış kanallar özünü doğrultdu, indi isə xəbər kanallarının açılmasına maraq var. Yeni açılacaq kanalın yayımı üçünsə “Real TV” müraciət edib.

Bəs, belə bir kanalın açılmasına nə ehtiyac var? Ümumiyyətlə, yeni xəbər kanalının yaradılması kimin marağındadır.

Ekspertlərlə bu suallar ətrafında müzakirələrə keçmədən öncə qısaca xatırladaq ki, “Real TV”ni faəliyyəti dayandırılan “ANS” televiziyasının əməkdaşları qurub, “Real TV”yə Mirşahin Ağayev rəhbərlik edir.

Sosial mediadakı məğlubiyyət

Hüquqşünas Ələsgər Məmmədli düşünür ki, hökumətin son dəyişikliklərdə əsas məqsədi sosial media məkanındakı məğlubiyyətini aradan qaldırmaqdır. Onun fikrincə, müstəqil media bu məkanda ictimai rəyə ciddi təsir imkanına malikdir:

“Məsələn, ölkə daxilində və ölkə xaricində yayılan azərbaycandilli resurslar maddi olaraq medianın heç 5 faizini belə tutmur. Lakin ictimai rəyə təsir baxımından 50-80 faizlik gücə malikdir”.

Ələsgər Məmmədli deyir ki, hazırda hökumət sosial mediada rəqabətə davamlı yeni resurslar yaratmağa çalışır . Bundan başqa hüquqi yollarla sosial medianı nəzarətdə saxlamağa can atır.

Müşfiq Ələsgərli
Müşfiq Ələsgərli

Azərbaycan Mətbuat Şurasının üzvü Müşfiq Ələsgərli də razılaşır ki, son zamanlar, özəlliklə, online media sahəsində yeniliklər var. Hökumət online mediaya diqqəti artırır, bu sahəyə maliyyə ayrılır, nazir və müxtəlif vəzifəli şəxslər sosial mediada canlı yayımlar edir. O düşünür ki, bütün bu yeniliklər eyni vaxta düşsə də, hökumət buna indi yox, illər öncə başlayıb:

“Online mediaya keçirik deyib, birdən-birə kampaniya aparmaq olmazdı. Çünki online medianın fəaliyyəti üçün bir mühit olmalıdır. İlk öncə bunun hüquqi tənzimlənmə mexanizmi olmalı idi. Lakin Azərbaycanda belə bir mexanizm yox idi”.

Müşfiq Ələsgərli deyir ki, 2013-ci ildən etibarən, qismən hüquqi mexanizmlərin yaradılmasına başlandı. Onun sözlərinə görə, tək Azərbaycanda deyil, ümumilikdə dünyada online media, sosial şəbəkələr ənənəvi medianı üstələyir. Lakin o bildirir ki, elə inkişaf etmiş ölkələrin özlərində belə bu mediada 40-60 faiz məlumatlar yalan olur.

Amma Rutgers Universitetinin professoru, iqtisadçı ekspert Qubad İbadoğlu əksinə düşünür ki, elə dövlət büdcəsinin özündən yerli mediada yalanın tirajlanmasına milyonlar ayrılır.

O, Facebook hesabında yazır ki, 2019-cu ilin dövlət büdcəsində radio, televiziya və nəşriyyat xərclərinin maliyyələşdirilməsinə 64 milyon manata yaxın vəsait ayrılıb. Qubad İbadoğlu deyir ki, bu vəsait yerli mediyaya ayrılan maliyyənin çox az hissəsidir.

“ANS” teleziyası və “Apa” İnformasiya Agentliyi yeni simada yenidən fəaliyyətə başlamağı planlaşdırır. Hər iki media qurumunun rəhbərliyi bəyan edib ki, əsas hədəfləri sosial media məkanıdır.

Auditoriya ağılsız deyil

Media müxtəxəssisi Arif Əliyev düşünür ki, əgər yeni yaradılan media qurumları müstəqil olmayacaqlarsa, oxucular arasında etimad qazana bilməyəcək:

“Bir kütləvi informasiya vasitəsinin ki, müstəqilliyi yoxdur, ona ancaq ağılsız adamlar inana bilər. Bizim auditoriya nə qədər hazırlıqsız olsa da, ona ağılsız demək ədalətsizlikdir. Ona görə də hər kəs başa düşür ki, media hökumətin tam nəzarətindədirsə, siyasi dairələr tərəfindən açıq və ya gizli şəkildə, hətta bəzən kriminal yollarla maliyyələşdirilirsə, bu media qurumları ictimai maraqlara yox, dar maraqlara xidmət edəcək”.

Bu baxımdan Arif Əliyev düşünür ki, Azərbaycanda müstəqil media olmayınca, etimaddan danışmağa dəyməz.

Yerli teleziyaların sahibləri gizli saxlansa da, çoxunun birinci vise-prezident Mehriban Əliyevanın nəzarətində olmasına dair iddialar var. Bu iddialara birinci vise-prezident indiyəcən münasibət bildirməyib.

XS
SM
MD
LG