Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Avqust, şənbə, Bakı vaxtı 19:31

Xarici ticarətdə müsbət saldo azalıb


Gömrük Komtəsi

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 14,449 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin ( DGK) açıqlamasında qeyd olunur.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,7 faiz çoxdur.

5 aylıq xarici ticarət dövriyyəsinin 8,615 milyard dolları ixracın, 5,834 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 16,9, idxal isə 51,3 faiz artıb.

Keçən ilin eyni dövründə 11, 225 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıldığı açıqlanmışdı.

Bunun 7, 370 milyard dolları ixracın, 3, 855 dolları isə idxalın payına düşmüşdü.

Ötən ilin eyni dövründə xarici ticarətdə 3, 51 milyard dollarlıq müsbət saldo *(pul vəsaitlərinin daxil olması ilə ödənişi arasında fərq, o cümlədən dövlət büdcəsinin gəlirləri ilə xərcləri arasında, ölkənin tədiyyə balansı üzrə idxal və ixracın həcmi arasındakı fərq) yaranmışdı.

Bu ilin 5 ayında isə xarici ticarətdə 2,78 milyard dollarlıq müsbət saldo yarandığı açıqlanıb. Bu, illik müqayisədə 25 faiz civarında azalma deməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG