Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:16

İstedadlı xarici tələbələr təhsildən sonra iki il Britaniyada qala biləcək


Britaniya baş nazirinin elan etdiyi yeni hökumət planına görə beynəlxalq tələbələr təhsillərini başa vurduqdan sonra iş tapa bilmələri üçün Birləşmiş Krallıqda qalmaq hüququ qazanacaqlar.

Boris Johnson deyib ki, bu qaydalar təhsillərinə gələn il başlayacaq xarici tələbələrə şamil olunacaq.

Təklif edilən qaydalara görə miqrasiyaya nəzarət sahəsində yaxşı reputasiyası olan universitetlərdən istənilən ixtisas üzrə məzun olan xarici tələbələr Birləşmiş Krallıqda daha iki il yaşamaq hüququ əldə edəcəklər.

The Independent yazır ki, hökumətin bu elanı Britaniyada dünyanın ən böyük genetik layihəsinə başlanması ilə eyni vaxta düşür.

Dəyəri 200 milyon funt sterlinq olan bu layihə Britaniyanın UK Biobank genom bankının genetik tədqiqatlarını inkişaf etdirəcək.

Boris Johnson deyib:

“Britaniya beynəlxalq əməkdaşlıq və tədqiqat sahəsində qürurlu bir tarixə malikdir. 60 il əvvəl biz Kembricdə beynəlxalq tədqiqatçılar qrupu tərəfindən DNT-nin kəşf edilməsinin şahidi olmuşuq və bugün biz daha da irəliyə getmək istəyirik. İndi biz bütün Yer kürəsindən ekspertləri dünyanın ən böyük genetik araşdırma layihəsi üzərində birlikdə işləyə bilmələri üçün Birləşmiş Krallıqda bir araya gətiririk”.

Baş nazir deyib ki, belə böyük elmi layihələrin həyata keçirilməsi üçün bütün dünyadan ən parlaq tələbələrin cəlb edilməsi mühümdür.

Britaniya Universitetləri Şurasının icraçı direktoru Alistair Jarvis hökumətin planını “çox yaxşı xəbər” adlandırıb.

O deyib ki, beynəlxalq tələbələr Britaniya iqtisadiyyatına indiyədək 26 milyard funt sterlinqlik töhfə veriblər, lakin onların təhsildən sonra ölkədə qala bilməməsi Britaniyanı xarici ekspertlərin cəlb edilməsi sahəsində başqa ölkələrdən geridə qoyub.

Lakin Britaniyada miqrasiyaya nəzarət edən Migration Watch UK təşkilatının rəhbəri Alp Mehmet yeni qaydaları tənqid edib və deyib ki, bu, Britaniya universitetlərini bitirib öz ölkələrinə qayıtmaq istəməyənlər üçün daha bir arxa qapıya çevriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG