Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:23

Xarici dövlət borcu artmaqda davam edir


Azərbaycanın xarici dövlət borcu 9, 642.9 milyon dollar (16,392.9 milyon manat) təşkil edir. Bu borc, aprelin 1-nə olan göstəriciləri əks etdirir.

Maliyyə Nazirliyinin məlumatına görə, xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 22.0 faiz təşkil edib. 2018-ci ilə 74,646.90 milyon manat ÜDM hesablanıb.

Nazirlik xarici dövlət borcuna hökumətin birbaşa öhdəliklərinin və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklərin daxil edildiyini bildirir.

“Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir”, nazirlik bildirir.

İlin əvvəli ilə müqayisədə Azərbaycanın xarici dövlət borcunda artım olub. Yanvarın 1-nə olan göstəricilərdə Azərbaycanın 9,398.3 milyon dollar xarici dövlət borcunun olduğu bildirilirdi.

2017-ci ilin əvvəlində isə bu 6,913.2 milyon ABŞ dolları təşkil etmişdi. Ötən ilin əvvəlindən xarici borcda 3 milyard dollara yaxın artım var.

Xatırlatma

Bu ilin əvvəlində maliyyə naziri Samir Şərifov Azərbaycanın xarici borcunun artmasının səbəblərindən danışmışdı. O, borcun artmasını əsasən bir neçə səbəb izah etmişdi.

Onun fikrincə, bu əsasən maliyyə-bank sisteminin sağlamlaşdırılmasından ötrü görülən tədbirlər və Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı verilən dövlət zəmanəti ilə bağlıdır.

Yerli müstəqil ekspertlər isə ümumilikdə xarici borcun statistikası ilə bağlı açıqlanan rəsmi rəqəmlərə ciddi şübhə edirlər. Onlar iddia edirlər ki, Azərbaycanın xarici borcu əslində açıqlandığından daha çoxdur.

XS
SM
MD
LG