Keçid linkləri

2026, 18 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 15:01

Azərbaycanın dövlət borcunun artacağı proqnozlaşdırılır

Bu ilin ikinci yarısında Azərbaycanın dövlət borcunun 4 milyard manata yaxın artacağı proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinin yarımillik icrasına dair arayışı və ilin sonuna gözləntilər barədə hesabatında qeyd edilir.

Nazirlik vurğulayır ki, bu il iyulun 1-nə dövlət borcunun (xarici və daxili) ümumi məbləği 23 milyard 830 milyon manat olub. Ümumi dövlət borcunun 7848,6milyon manatı (4616,8milyon ABŞ dolları) və ya 32,9faizi xarici dövlət borcunun, 15982,0 milyon manatı (67,1 faizi) daxili dövlət borcunun payına düşür.

Amma sənəddə bu rəqəmin gələn ilin əvvəlinə. 27 milyard 604 milyon manata (xarici dövlət borcunun 4833,0 milyon ABŞ dolları, daxili dövlət borcunun isə 19387,1 milyon manat olmaqla) yüksələcəyi proqnozlaşdırılır.

Həmin vaxt dövlət borcunun 59,5 faizinin 5 ilədək, 34,9 faizinin 5-10 il ərzində, 5,6 faizinin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir. Xarici dövlət borcu üzrə yeni borc öhdəliklərinin təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,5-1,5 faiz dərəcəsi (marja) ilə cəlb olunması nəzərdə tutulur.

Bu proqnoz Azərbaycan rəsmilərinin bundan əvvəlki çıxışları ilə bir qədər ziddiyyət təşkil edir.Bir neçə il öncə rəsmilər çıxışlarında, bir qayda olaraq, borcu azaltmağı əsas məqsədlərdən biri kimi vurğulayırdılar.

Baxmayaraq ki, ölkənin neft gəlirləri artıb

Ekspertlər yaxın vaxtlara qədər hökumətin borc siyasətində dəyişikliklər etməsini əsasən, son illər Azərbaycanın əsas ixrac məhsulu olan neftin hasilatının azalması ilə izah edirdilər. Hərçənd, bu il ABŞ, İsrail-İran münaqişəsi dünya neftinin və maye qazının 20 faizinin nəql edildiyi Hörmüz boğazının bağlanmasına, nəticədə "qara qızıl"ın kəskin bahlaşmasına səbəb olub.

Elə Maliyyə Nazirliyinin hesabatından bəlli olur ki, "Azeri Light" markalı neftin bir barelinin ixrac qiyməti əgər yanvarda 68.4 dollar olmuşdusa fevralda 71.1, matrda 106.4, apreldə 120.1, mayda 111.8, iyunda isə 89 dollar təşkil edib.

2026-cıilin yanvar-iyun aylarında “Azeri Light” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 94,5ABŞ dollarına bərabər olub. Bu da 2026-cıilin ilkin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən (65,0ABŞ dolları) 45,4faiz çoxdur.

Ötən il isə Azərbaycan neftinin orta qiyməti 68,5 dollar təşkil etmişdi.

XS
SM
MD
LG