Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib ki, hazırda xaricdə olan ukraynalıların hərbi xidmətə çağırılması planlaşdırılır.
Nazir bunu Welt, Bild və Politico nəşrlərinə verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə hazırda Almaniyada və ya başqa ölkələrdə yaşayan və ehtiyatda olan 25 yaşından 60 yaşınadək ukraynalılara Ukrayna silahlı qüvvələrinin çağırış məntəqələrinə gəlmələri üçün bildirişlər göndəriləcək:
"Biz hamı üçün ədalət istəyirik, çünki söhbət bizim öz vətənimizdən gedir. Biz onlara çağırış vərəqələri göndərəcəyik. Öz ölkənə xidmət etmək cəza deyil. Bu şərəfdir”.
Ukrayna Müdafiə Nazirliyi çağırış məntəqələrinə gəlməyənləri sanksiyalarla hədələyir, amma Umerov deyir ki, bu məsələ hələ müzakirə olunur.
Umerov bildirib ki, hərbi xidmətə çağırılanlar necə təlim ediləcəklərini, silahlandırılacaqlarını və harada xidmət edcəklərini dəqiq bilməlidirlər.
Hərbiyyə əlavə canlı qüvvə istəyir
Bundan əvvəl preident Volodimir Zelenski demişdi ki, Ukrayna hərbçiləri ona orduya əlavə olaraq 500 minədək adamın cəlb olunması zərurəti barədə məlumat veriblər:
“Onlar şəxsi heyətin çatışmamassı ilə bağlı müraciət ediblər. Təklif ediblər ki, əlavə olaraq hərbi xidmətə 450-500 min nəfər çağırılsın. Bu çox ciddi rəqəmdir. Mən dedim ki, bunu daha yaxşı əsaslandırmaq lazımdır”.
Zelenski bunu da bildirib ki, ona təqdim olunmuş planda artıq qulluq edən şəxslərin tərxisi barədə heç nə yazılmayıb.
Onun sözlərinə görə müharibənin əvvəlindən indiyədək cəbhədə olanların rotasiyası keçirilməlidir.
Statistika
Zelenski mətbuat konfransı zamanı qadınların da hərbi xidmətə çağırılacağına dair iddiaları təkzib etmişdi.
Lakin hələlik bu qədər əsgərin maliyyələşdirilməsi üçün vəsaitin haradan alınacağı bilinmir.
500 minədək yeni əsgər büdcəyə 500 milyard hrivnyaya (13.4 milyard dollar) başa gələcək.
Ukrayna dövlət statistika xidmətinin məlumatına görə 2022-ci ildə Ukraynada 18 yaşından 60 yaşınadək 11 milyon kişi yaşayıb.
Müharibə başlanandan bəri, 2023-cü ilin avqustuna olan məlumata görə ölkəni 2.4 milyon ukraynalı tərk edərək geri qayıtmayıb.
Bu da məlumdur ki, hərbi xidmətə getməmək məqsədilə Uktraynanı 20 min nəfər tərk edib.