Keçid linkləri

2017, 27 Mart, Bazar ertəsi, Bakı vaxtı 22:24

«Bəzi təhsil şirkətləri telekanallarda reklam aparır ki, attestatla xarici universitetlərə qəbul olan tələbələrin diplomlarının tanınmasına Təhsil Nazirliyi zəmanət verir. Bu, yanlışdır, bəyan edirik ki, belə bir zəmanəti heç bir şirkət Təhsil Nazirliyindən almayıb».

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

C.Valehovun bildirməsinə görə, bu, insanları aldatmaqdır və şirkətlər subyektiv maraqlarını qorumaqdan ötrü Təhsil Nazirliyinin adından istifadə edirlər: «Zəmanətin verilməsi hüquqi prosesdir. İnsanlar saxta zəmanət adı ilə işbazların toruna düşməsinlər. Bu məsələ ilə bağlı ciddi narahatlıqlarımız var. Təhsil Nazirliyi tələbələrin xaricdə oxuması ilə bağlı xaricdə təhsil üzrə dövlət proqramından, dövlətlərarası təqaüd proqramından başqa heç bir şirkətlə əməkdaşlıq etmir».

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG