Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:48

Xaricdən mobil cihaz gətirənlərə pis xəbər


foto arxiv
foto arxiv

Fiziki şəxslər bundan sonra şəxsi istehlakdan ötrü xaricdən gətirdikləri mobil cihazlara görə, dövlət rüsumu ödəməli olacaqlar.

Prezident İlham Əliyev bununla bağlı dünən, iyunun 26-da “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri təsdiq edib.

“Dövlət rüsumu” haqqında qanuna fiziki şəxslərin ölkəyə gətirdikləri mobil cihazlarla əlaqəli iki dəyişiklikdən söhbət gedir.

Qanunun “Dövlət rüsumunun tutulduğu hallar” adlanan 2-ci maddəsinə xaricdən şəxsi istifadədən ötrü gətirilən mobil cihazların da rüsuma cəlb edilməsi ilə bağlı əlavə edilib.

Əlavəyə əsasən, rüsuma cəlb edilən hallar sırasına fiziki şəxlərin şəxsi istehlakdan ötrü ölkəyə gətirdikləri mobil cihazların qeydiyyata alınması da daxil edilib. Bundan başqa qanuna 33-5-ci maddə əlavə olunub.

Həmin əlavəyə görə, müvafiq icra hakimiyyəti orqanı hər il üzrə mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğlərini təsdiq edəcək.

XS
SM
MD
LG