Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:25

Xaricdəki azərbaycanlı uşaqlar Azərbaycan dilini bilirlərmi?


Zaqatalada intihar xəbəri gələn qızın ailəsi açıqlama verir
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Zaqatalada intihar xəbəri gələn qızın ailəsi açıqlama verir

1 avqust Azərbaycan dili və Əlifbası günüdür. Bəs, özəlliklə, xaricdə yaşayan azərbaycanlılar öz dillərini necə qoruyurlar? Övladlarının öz ana dillərini bilməsi üçün nə edirlər.

4 ildir Kanadada yaşayan Şəhla Əliquliyeva deyir ki, 8 yaşlı oğlu ilə evdə həmişə Azərbaycan dilində danışır. İndi oğlu ingilis dilindən başqa, öz ana dilində də yaşına uyğun, sərbəst danışa bilir:

“Biz evdə həmişə Azərbaycan dilində danışırıq. Çoxlu kitablarımız var. Azərbaycan dilində kitablar oxuyuruq. Əsas dili inkişaf etdirən kitablardır”.

Amma Şəhla Əliquliyeva düşünür ki, adətən uşaqlar məktəbdə hansı dili keçirsə, o dil də danışmaq ona rahat olur

Şəhla Əliquliyeva oğlu ilə
Şəhla Əliquliyeva oğlu ilə

Azərbaycan dövləti nə edir?

Disporalarla İş üzrə Dövlət Komitəsinin təsdiq etdiyi yol xəritəsində xaricdə yaşayan azərbaycanlıların Azərbaycan dilini öyrənməsi mühüm istiqamətlərdən biri kimi göstərilib.

Komitənin mətbuat katibi Vəsilə Vahidqızı deyir ki, diasporalar xaricdə hətfəsonu məktəbləri və dərnəklər təşkil edirlər. Onun sözlərinə görə, son iki ildə xaricdə yaşayan gənc azərbaycanlılar üçün Azərbaycanda yay düşərgələri keçirilib.

“Dövlət Diaspora Komitəsi bu məktəbləri kitabla təmin edir. Bundan başqa bizim Diaspor TV-də Azərbaycan dili dərsləri olur. Biz görürük ki, bu dərslərə böyük maraq var. Xaricdə yaşayanların uşaqları Azərbaycan dilində şeirlər oxuyub, göndərirlər”.

Vəsilə Vahidqızı deyir ki, sentyabr ayında Diasporlarla iş Üzrə Dövlət Komitəsi Azərbaycan dilində dərsliklər də çap edəcək. O düşünür ki, bütün bu tədbirlər xaricdə yaşayan azərbaycanlıların Azərbaycan dilini öyrənməsinə böyük dəstəkdir.

Amma müstəqil müşahidəçilər deyirlər ki, bir çox hallarda xaricdə yaşayanlar, özəlliklə də uşaqlar Azərbaycan dilini demək olar ki, bilmirlər.

AzadlıqRadiosu Bakı sakinlərinin də fikirlərini öyrənib:

Dövlət xaricdə yaşayanların Azərbaycan dilini unutmaması üçün nə edə bilər?
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

Din yada düşür, dil yox

30 ildən çox Azərbaycan dilini tədris edən, təhsil eksperti Nabatəli Qulamoğlu deyir ki, nəinki xaricdə, elə Azərbaycanın özün də bəzi insanlar öz ana dillərində normal danışa bilmirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoyulu deyir ki, dövlət dilin inkişafı üçün bütün zəruri addımları atır.

Onun sözlərinə görə, təkcə ötən il prezident İlham Əliyev Azərbaycan dilinin elektron məkanda təbliği və dilin saflığının qorunması ilə bağlı sərəncamlar imzalayıb. Amma təəssüflənir ki, hələ də dil qaydalarına əməl olunmur:

“Reklam daşıyıcılarında, sosial şəbəkələrdə, hətta meyxanalarda belə dil normaları pozulur. Məsələn bizim dilimizdə gözəl sözlər ola-ola “uje”, “neujeli”, “vopşe” sözləri işlənir. Dil bir xalqın varlığıdır, ən böyük milli sərvətidir. Yəni, dilə sevgi olsa nə bir azərbaycanlı başqa dildə danışar, nə də övladını başqa dildə danışdırar. Dilə dövlət başçısı səviyyəsində diqqət va qayğı var. Qalanı vətəndaşların öz vicdanına qalır”.

30 ildən çox Azərbaycan dilini tədris edən, təhsil eksperti Nabatəli Qulamoğlu bu sahədə dövlətin gördüyü işləri yetərli saymır. O bildirir ki, əvvəlla Azərbaycan dili zənginləşdirilmir, məktəblərdə azərbaycan dili yetərincə tədris olunmur:

“Biri əlini qaldırır ki, din tədris olunsun, o biri də qaldırır ki, nə bilim hansısa başqa bir fənnin tədrisinə ehtiyac var. Amma bu gün məktəblərdə Azərbaycan dilinin tədrisinə ayrılan vaxt çox azdır. Bunu artırmaq lazımdır”.

Nabatəli Qulamoğlu kimlərinsə iki və daha çox dildə danışmasını normal hal sayır. Amma düşünür ki, hər bir azərbaycanlı ilk öncə öz ana dilində səlis danışmalıdır.

2001-ci ildən o vaxtkı prezident Heydər Əliyevin imzaladığı fərmanla 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG