Tək qapı
Dekabrın 21-də Xankəndidə Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qarabağ" və MOİK komandaları arasında keçirilən futbol matçında prezident İlham Əliyev topa ilk zərbəni vuraraq qarşılaşmanı başladıb. Bu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə təqribən 30 ildən sonra keçirilən ilk futbol matçıdır. Xankəndidə baş tutan futbol yarışı fonunda ölkə paytaxtı Bakıda jurnalist, ictimai fəal və müxalif partiya üzvlərinin həbsi davam etməkdədir.