Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

X.İsmayılın şikayəti üzrə hazırlıq iclası olub


X.İsmayıl
X.İsmayıl

Bugün, sentyabrın 13-də Bakı Apellyasiya Məhkəməsində araşdırmaçı-jurnalist Xədicə İsmayılın şikayəti üzrə hazırlıq iclası keçirilib.

Bu barədə X.İsmayıl özü bildirib. «Şikayətim Binəqədi rayon Məhkəməsinin bu il avqustun 9-da barəmdə olan sınaq müddətinin ləğv olunmaması və onun qüvvədə saxlaması haqqında qərarındandır», - o qeyd edib.

X.Ismayil deyib ki, Apellyasiya Məhkəməsindən də elə Binəqədi rayon Məhkəməsinin məlum qərarının və sınaq müddətinin ləğvini istəyib.

Apellyasiya Məhkəməsi məhkəmə baxışını sentyabrın 20-nə təyin edib.

2014-cü il dekabrın 5-də həbs olunan X.İsmayıl vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilmişdi. Ali Məhkəmə 2016-cı il mayın 25-də qərarı 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb. Sonradan bu müddət 2 il 3 aya salınıb. Jurnalist 2015-ci ildən sınaq müddətinin 4 ildən çoxunu çəkdiyini və indi qalan 9 aylıq müddətin ləğvini tələb edir.

X.İsmayılla Vergilər Nazirliyi arasında iki ilə yaxındır davam edən məhkəmə çəkişməsi də bu ilin avqustunda başa çatıb. Avqustun 7-də Ali Məhkəmə də bu məsələyə baxaraq qərarını verib. Rahib Nəbizadənin sədrlik etdiyi hakimlər kollegiyasının qərarı Vergilər Nazirliyinin xeyrinə olub. Vergilər Nazirliyinin iddiası əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi jurnalistin üzərinə 45 min 145 manat 63 qəpik ödəmək öhdəliyi qoyub. Bu qərardan apellyasiya şikayəti verilsə də, nəticə dəyişməyib.

Jurnalist ümumilikdə ona olan bütün ittihamları rədd edir, prezident ailəsinin biznesi barədə araşdırmalarına görə cəzalandırıldığını bildirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG