Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Rusiya Xəzərin bölüşdürülməsinə dair konvensiyanı ratifikasiya edib


Rusiyanın RBK xəbər agentliyinin məlumatında deyilir ki, Rusiya Dövlət Duması Xəzərin bölüşdürülməsinə dair konvensiyanı ratifikasiya edib.

Söhbət ötən il Rusiya, İran, Türkmənistan, Qazaxıstan və Azərbaycanın imzaladığı sənəddən gedir.

Bu konvensiya habelə sahilyanı ölkələr arasında dəniz dibinin sərhədlərini və regionda gəmiçilik qaydalarını müəyyənləşdirir.

Xəbərdə deyilir ki, Rusiya Dövlət Duması Xəzərin Hüquqi Statusuna dair Konvensiyanı üçüncü və sonuncu oxunuşda qəbul edib.

Qanun layihəsi Dövlət Dumasının internet məlumat bazasında dərc olunub.

Bu sənədi parlamentin müzakirəsinə iyul ayında prezident Vladimir Putin təqdim etmişdi.

Konvensiyanı 22 illik müzakirələrdən sonra, nəhayət 2018-ci ilin avqustunda Rusiya, İran, Qazaxıstan, Azərbaycan və Türkmənistanın liderləri imzalamışdılar.

Konvensiya Xəzər hövzəsində dəniz dibinin və təkinin bölgü xətlərinin çəkilməsi üçün əsas prinsipi müəyyənləşdirir.

Bundan başqa bu sənəddə balıqçılıq və magistral boru kəmərlərinin çəkilməsi qaydaları təsbit olunub.

Konvensiya Xəzər sahillərində xarici dövlətlərin hərbi bazalarının yaradılmasını qadağan edir və gəmiçilik üçün yalnız konvensiyanı imzalamış ölkələrin monopoliyasını tanıyır.

Konvensiyanın işlənməsinə hələ 1996-cı ildə, SSRİ-nin çöküşündən beş il sonra başlanmışdı.

Sovet dövründə Xəzərin statusu yalnız SSRİ və İran arasında imzalanmış müqavilə əsasında tənzimlənirdi.

RBK ABŞ Enerji İnformasiya Agentliyinin məlumatlarına əsasən bildirir ki, Xəzər dənizi regionunda neft ehtiyatları təxminən 48 milyard barreldir.

Bunun 6, 1 milyardı Rusiyanın, 31, 2 milyardı Qazaxıstanın ərazisinə düşür.

Hövzənin qaz ehtiyatları 7, 85 trilyon kubmetr olaraq təxmin edilir. Bunun yarıdan bir qədər azı Rusiyanın payına düşür.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG