Keçid linkləri

2025, 14 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 10:19

Xəzər TV-yə yeni rəhbər təyin olunub


Murad Dadaşov
Murad Dadaşov

Televizya aparıcısı Murad Dadaşov Xəzər TV MMC-nin Baş Direktoru təyin edilib.

Bu barədə Turana adıçəkilən MMC-dən məlumat verilib.

Məlumatda deyilir ki, Xəzər TV-nin səhmləri "Socar Media" qrupunun nəzarətinə keçib. Media qrup da Murad Dadaşovu televiziyanın rəhbəri təyin edib. Xəbəri Turana "Socar Media" qrupundan da təsdiqləyiblər.

Bir qədər əvvələ kimi Xəzər TV-nin rəhbəri prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli idi. Atası ötən ilin dekabrında işdən çıxarılandan az sonra o da vəzifəsindən kənarlaşdırılıb.

XS
SM
MD
LG