Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Vyanada ‘Sovet əsgəri’ abidəsinə rəng atılıb


Rusiyanın xarici işlər naziri Sergei Lavrov Şvartsenberqplats meydanındakı abidəyə əklil qoyarkən (Foto arxivdəndir)
Rusiyanın xarici işlər naziri Sergei Lavrov Şvartsenberqplats meydanındakı abidəyə əklil qoyarkən (Foto arxivdəndir)

Naməlum şəxslər 9 may ərəfəsində Vyananın Şvartsenberqplats meydanında sovet əsgərlərinə qoyulmuş abidənin üstünə rəng töküblər.

Bu son iki həftə ərzində artıq ikinci vandalizm hadisəsidir.

Aprelin 25-də naməlum şəxslər bu abidənin fasadına qara rəng axıtmışdılar.

Sonradan Avstriyanın kommunal xidmətləri abidəni təmizləmişdi.

Aprelin əvvəllərində Vyana polisi bu abidənin yaxınlığında iki kamera quraşdırıb.

Rusiyanın Avstriyadakı səfiri Dmitri Lyubinsky bildirmişdi ki, kameralar işləyir.

Rusiyanın TASS rəsmi xəbər agentliyi isə bildirir ki, vandallıq aktı zamanı kameralar işləməyib.

Agentliyin xəbərində deyilir ki, Şvartsenberqplatsdakı abidəyə dəfələrlə belə hörmətsizlik edilib və hər belə aktdan sonra Rusiya səfirliyi Avstriyanın hakimiyyət orqanlarına narazılıq bildirib.

Bu da xəbər verilir ki, Şvartsenberqplatsdakı abidə Avstriyada sovet əsgərlərinə qoyulmnuş ən məşhur abidədir.

Bu abidə 1945-ci ildə Vyanaya hücum əməliyyatı zamanı həlak olmuş 17 min sovet əsgərinin xatirəsinə ucaldılıb.

Abidənin memarı Savva Yakovlev, heykəltəraşı isə Mikael İntizaryandır.

TASS bunu da yazır ki, Avstriya və anti-Hitler koalisiyasına daxil ölkələr - SSRİ, ABŞ, Britaniya və Fransa arasında imzalanmış dövlət müqaviləsinə görə Vyana ölkə ərazisindəki sovet məzarlıqlarının və abidələrinin mühafizəsi barədə öhdəlik götürüb.

Avstriyada ümumilikdə sovet əsgərlərinin 300-dək məzarlığı və abidəsi var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG