Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:35

Çavuş nədən ölüb


Etiraz edən çavuş anası
Etiraz edən çavuş anası

«O, evin tək övladı idi. Özünü öldürməyə səbəbi yox idi. Həyatı normal keçirdi. Çavuş rütbəsi almasına sevinirdi, leytenant olmağa hazırlaşırdı. Qəfil ölüm xəbəri gəldi. İndi də hadisənin adını intihar qoymaq istəyirlər. Buna yol verməyəcəyik. Vüsalın özünü öldürməsinə səbəbləri yox idi. Onu öldürüb üstümüzə göndəriblər, indi də ört-basdır edirlər».

«ÖZÜNÜ NİYƏ ÖLDÜRSÜN Kİ?»

Bunu AzadlıqRadiosuna bu ilin iyulunda hərbi xidmətdə intihar etdiyi bildirilən Lənkəran Sərhəd Dəstəsinin «N» saylı hərbi hissəsinin çavuşu Vüsal Hümbətovun yaxın qohumu İsmayıl Vəliyev deyir.

İyulun 21-də Vüsalın ailə üzvləri hərbi hissəyə çağrılıblar. Ora çatanda ailəyə Vüsalın intihar etdiyi bildirilib. Lakin ailə üzvləri deyir, güllənin ürəyə dəydiyini biləndə hadisədə qəsd olduğunu anlayıblar.

İsmayıl Vəliyev:

«Avtomat silahdan insanın öz ürəyinə atəş açması praktik mümkün deyil. Bir də axı özünü niyə öldürsün ki... Nə vaxt ailəylə danışıbsa, həmişə deyə-gülə danışıb. Heç vaxt heç nədən narazılığı, şikayəti olmayıb. Poqonları taxılmasına görə isə son vaxtlar xüsusilə kefi əla idi».

YOL BAĞLAMAQLA DİQQƏT ÇƏKMƏYƏ ÇALIŞIBLAR

Vüsal Hümbətovun nəşi yarımçıq qalmış arzularıyla birlikdə Goranboyun Nadirkənd kəndində dəfn olunub. İyulun 28-də çavuşun yeddi mərasimi keçirilib. Daha sonra qohumları magistral Bakı-Qazax magistral yolunu bağlamaqla diqqəti çəkməyə və səslərini ölkə başçısına çatdırmağa çalışıblar.

Müdafiə Nazirliyi məsələyə hələ də münasibət bildirməyib. Prokurorluq orqanları çavuşun ölüm faktını Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə araşdırır.

Prezident İlham Əliyevin 15 avqust 2015-ci il tarixli, «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında» Fərmanı ilə əsgər Hümbətov Vüsal Novruz oğlu «Hərbi xidmətə görə» medalı ilə təltif olunmuşdu. Bu ilin iyulunda isə ona çavuş rütbəsi verilib. Sonuncu dəfə ailəsi ilə telefon əlaqəsi saxlayarkən deyib ki, leytenant rütbəsinə görə təhsil almağa çalışır. İndi ailəsi çavuşun ölümünün səbəblərinin araşdırılmasını tələb edir.

XS
SM
MD
LG