Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Ömürlük məhbus aclıq edir


Vüqar Əliyev
Vüqar Əliyev

-

Ömürlük azadlıqdan məhrum edilmiş Vüqar Əliyev işinə yenidən baxılmasını istəyir.

Məhbusun həmin tələblə Qobustan qapalı həbsxanasında dörd gündür ki, aclıq aksiyası keçirdiyi bildirilir.

Vüqar Əliyev Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlinə görə ömürlük həbsə məhkum edilib.

Aclıq aksiyası barədə AzadlıqRadiosuna Vüqar Əliyevin anası Məlahət İsmayılova məlumat verib.

"Vüqar noyabrın 23-də media vasitəsilə prezidentə müraciət edəndən sonra ondan heç cür xəbər tuta bilmirdik. Nəhayət, dekabrın 3-də əlaqə saxladı, dedi ki, "salamatam, amma dekabrın 1-dən aclıq edirəm". Həbsxanada aclıq edən adamı başqa məhkumlardan ayrı saxlayırlar", - deyə Məlahət İsmayılova bildirib.

Ananın dediyinə görə, oğlunun tələbi işinə yenidən baxılması, obyektiv, ədalətli qərar çıxarılmasıdır.

Vüqar Əliyevin həbsxanada aclıq etməsi xəbərilə əlaqədar Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, gün ərzində açıqlama veriləcək. Lakin heç bir məlumat almaq mümkün olmayıb.

Xatırladaq ki, Vüqar Əliyev keçmiş nişanlısı Lamiyə Quliyeva ilə birlikdə 2003-cü ilin mayında Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilərək həbs olunub.

Vüqar Əliyev noyabrın 23-də yayılan video-müraciətində də "törətmədiyi cinayətə görə ömürlük cəza çəkdiyini" bildirirdi.

XS
SM
MD
LG