Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:19

Rusiya şəhəri uşaqların “zibilxanadan zəhərlənməsinə” görə ayağa qalxıb


Moskva yaxınlığında yerləşən Volokolamsk şəhərində onlarca uşaq zibilxana qazlarından zəhərlənərək xəstəxanaya gətirildikdən sonra yerli sakinlərlə hökumət rəsmiləri arasında əlbəyaxa toqquşma baş verib.

Volokolamsk şəhər meri martın 21-də AzadlqıRadiosuna deyib ki, uşaqlar qazdan zəhərlənmə simptomları ilə xəstəxanaya aparılıblar.

Mer deyib: “Vəziyyət çox ciddidir. Uşaqları xəstəxanaya ambulanslarda aparıblar. Valideynlər xəstəxananın yanında toplaşaraq uşaqlarının diaqnozu haqqında məlumat tələb edirlər. Həkimlər bunun zəhərlənmə olduğunu deyirlər”.

AzadlqıRadiosunun Current Time TV telekanalının yaydığı videoda qəzəbli adamların Moskva vilayətinin qubernatoru Andrey Vorobyovu qartopu atəşinə tutduğu görünür.

Müxbirlər bildirirlər ki, sakinlər Volokolamsk rayonunun icra başçısı Yevgeni Qavrilovu da dövrəyə alıblar.

RTVi internet xəbər agentliyinin yaydığı videoda sakinlərin Qavrilovu söyməsi və ona hücum etmək istəməsi görünür.

RTVi sonradan xəbər verib ki, xəstəxananın yaxınlığına 6 maşında iğtişaş polisi gətirilib.

Bu hadisədən bir neçə həftə əvvəl, martın 7-də Volokolamsk hakimiyyət orqanları havada sulfat qazı konsentrasiyasının normadan 2, 5 dəfə artıq olması ilə bağlı müvəqqəti fövqəladə vəziyyət elan etmişdi. Bu da deyilirdi ki, havadakı nitrit qazının səviyyəsi də normadan iki dəfə çoxdur. Buna səbəb olaraq yaxınlıqdakı zibilxanadan sızmanın baş verməsi göstərilirdi.

Yadrovo adlı zibilxana 2008-ci ildə açılıb və buraya Moskvadan, habelə ətraf ərazilərdən tullantılar gətirilir.

Moskva regionunun səhiyyə rəsmiləri bildiriblər ki, 50-dək uşağa tibbi yardım göstərilib və onlardan beşi xəstəxanaya qəbul olunub. Lakin xəstəxana bunun zibilxana qazlarının sızması ilə bağlı olduğuna dair iddiaları təsdiq etməkdən boyun qaçırıb.

Bundan əvvəl, martın 21-də verilən məlumatda deyilirdi ki, naməlum şəxslər məktəb binasına qaz buraxdıqdan sonra 23 uşaq xəstəxanaya yerləşdirilib.

Lakin valideynlər israr edirlər ki, onların uşaqlarını zibilxana qazları zəhərləyib və başqa məlumatlar həqiqəti ört-basdır etmək üçün verilir.

Yerli sakinlər artıq bir müddətdir ki, bu zibilxananın bağlanması tələbi ilə aksiyalar keçirirlər. Martın 8-də keçirilmiş sonuncu aksiya polis tərəfindən zorakılıqla dağıdılıb.

Martın 3-də isə Volokolamsk şəhərinin 5 min sakini mitinqə çıxmışdı.

Yerli hakimiyyət orqanları zibilxananı “modernləşdirməyi” vəd ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG