Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 02:08

ABŞ səfiri deyir ki, 2017 Ukrayna münaqişəsində ən ağır il olub


ABŞ-ın Ukrayna münaqişəsi üzrə xüsusi səfiri Kurt Volker
ABŞ-ın Ukrayna münaqişəsi üzrə xüsusi səfiri Kurt Volker

ABŞ-ın Ukrayna münaqişəsi üzrə xüsusi səfiri deyib ki, 2017-ci il bu regionda üç il əvvəl zorakılıqlar başlanandan bəri ən qanlı il olub və gərginlik artmaqda davam edir.

Kurt Volker-in dekabrın 19-da verdiyi bu bəyanatdan az əvvəl beynəlxalq müşahidəçilər Ukraynanın şərqində, Donbas regionundakı Novoluhansk şəhərinin gecə saatlarında intensiv atəşə tutulduğunu bildirmişdilər.

BMT rəsmiləri bu atışma nəticəsində 8 nəfərin xəsarət aldığını və onlarca evin zədələndiyini xəbər veriblər.

Volker Vaşinqtondakı Atlantic Council mərkəzində etdiyi çıxışda bildirirdi ki, “çoxları bu münaqişənin donmuş və sakit vəziyyətdə olduğunu düşünürlər, amma əslində bu belə deyil”.

Volker deyib: “Bu tamamilə yanlışdır. Burada böhran var. 2017-ci il münaqişənin ən zorakı ili olub və dünənki gecə ən zorakı gecədir. Hər halda fevraldan belədir…”

Volker diqqəti belə bir məqama çəkib ki, atəşkəsin pozulması ilə “kütləvi eskalasiya” Rusiyanın öz hərbi əlaqələndiricilərini Ukrayna ilə müştərək atəşkəsə nəzarət şurasından geri çağırması ilə eyni vaxta təsadüf edib.

O habelə xəbərdarlıq edib ki, Rusiya tərəfindən dəstəklənən qüvvələr Donetsk şəhərinin sutəmizləyici qurğusunu ələ keçirməyə çox yaxındırlar. Volker tərəfləri ağır silahları təmas xəttindən geri çəkməyə çağırıb.

ATƏT-in müşahidə missiyası bildirir ki, Ukraynanın şərqində təhklükəsizlik vəziyyətinin pisləşməsi fevraldan bəri ən ağır həddinə çatıb.

Volker bu ilin əvvəllərindən Ukrayna, Rusiya, habelə Fransa və Almaniya tərəfindən əldə olunmuş Minsk razılaşmasının həyata keçirilməsinə çalışırdı. Lakin 2015-ci ildə imzalanmış sazişi hələ də icra etmək mümkün olmayıb.

Birləşmiş Ştatlar və Avropa İttifaqı Moskvanı şərqi Ukraynaya BMT qoşunlarının yeridilməsi zəruriliyinə inandırmağa çalışır. Lakin tərəflər arasında bu qüvvələrin şərqi Ukraynanın məhz harasında olacağına dair fikir ixtilafı var.

Qərb BMT sülhməramlılarının həm də Ukrayna-Rusiya sərhədində yerləşdirilməsini təklıif edir. Moskva bu təkliflə razılaşmır və israr edir ki, bu qüvvələr yalnız qarşı duran tətəflər arasına yeridilə bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG