Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Sentyabr, bazar, Bakı vaxtı 22:50

"Vnukovo" limanı Tupolevin, "Pulkovo" isə Dostoyevskinin adını daşıyacaq


Vnukovo hava limanı

“Rusiyanın böyük adları” müsabiqəsinin təşkilatçıları ölkədəki 5 hava limanına yeni ad verilməsi ilə bağlı təkrar səvermənin nəticələrini açıqlayıblar.

Səsvermənin birinci mərhələsində bu mümkün olmamışdı. Çünki həmin şəhərlərdə qalib çıxan adlar, artıq başqa hava limanlarının adına verilib.

İkinci mərhələnin nəticələrinə əsasən Moskvanın “Vnukovo” hava limanı aviamühəndis Andrey Tupolevin, Sankt-Peterburqun “Pulkovo” hava limanı Fedor Dostoevskynin,Arxangels hava limanı yazıçı Fedor Abramovun, Penzedəki hava limanı yazıçı Vissarion Belinskynin, Nijnevartovsk hava limanı isə neftçi Viktor Muravlenkonun adını daşıyacaq.

Seçkinin ikinci mərhələsində 690 min adam iştirak edib.

Layihə çərçivəsində artıq Rusiyanın 39 regionundakı 46 hava limanının yeni adları müəyyən edilib.

Xüsusilə Moskvanın “Şeremetevo” və “Domodedovo” hava limanları Aleksandr Puşkin və Mixail Lomonosovun adlarını daşıyacaqlar.

Şeremetovo hava limanı
Şeremetovo hava limanı

Voronej hava limanı I Pyotrun,Kalininqrad hava limanı isə İmperatriça Yelizaveta Petrovnanın adını daşıyacaq. Yelizaveta alman filosofu İmmanuil Kantı 10 min səslə ötüb. Kant keçmiş Keniqsberqdə (İndiki Kalininqrad) doğulub və orda da vəfat edib.

Murmansk hava limanı sonuncu Rusiya çarı II Nikolayın, Maqadan hava limanı isə Vladimir Vısotskynin adını daşıyacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG