Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 12:44

Putin: "MDB ölkələrinin hamısı terror hücumları üçün potensial obyektdir"


Vladimir Putin. 5 Aprel, 2017

“Demək olar ki, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin hamısı terror hücumları üçün potensial obyektdir”.

RİA Novostinin aprelin 5-də yaydığı məlumatına görə, bun Rusiya prezidenti Vladimir Putin deyib.

“Təəssüf ki, vəziyyətin yaxşılaşmadığını görürük və Sankt-Peterburq metrosundakı faciəvi hadisə buna ən yaxşı sübutdur. Bu terror aktı nəticəsində insanlar öldü, xeyli adam xəsarət aldı”,deyə Putin MDB ölkələri təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşdə bildirib.

Putin qeyd edib ki, MDB ölkələri üçün terrorçuluqla yanaşı bir çox başqa təhlükələr də mövcuddur.

O,buna misal kimi mütəşəkkil cinayətkarlıq, narkotik alveri və xarici qüvvələrin daxili siyasi vəziyyətlərə təsirini göstərib.

Amma Putin bildirib ki, MDB ölkələrinin xüsusi xidmətləri çox yaxşı-effektli əməkdaşlıq edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG