Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:58

Britaniya keçmiş baş nazir oğlunun 650 milyon dollarını müsadirə edir


Moldovanın keçmiş baş naziri Vladimir Filatın Kişinyov məhkəmsinə gətirilməsi (Foto arxivdəndir)
Moldovanın keçmiş baş naziri Vladimir Filatın Kişinyov məhkəmsinə gətirilməsi (Foto arxivdəndir)

Britaniya məhkəməsi Moldovanın keçmiş baş naziri Vladimir Filatın oğlunun hesablarında olan 650 milyon dolların müsadirəsi barədə qərar qəbul edib. Bundan əvvəl Luca Filatla bağlı işi Britaniya Milli Cinayət Agentliyinin (NCA) xəfiyyələri aparırdılar.

NCA fevralın 7-də verdiyi bəyanatda bildirir ki, Luca Filat Qərbi Londondakı dəbdəbəli mülkün kirayəsi üçün əvvəlcədən ödədiyi 500 min dolları atasının “qanunsuz fəaliyyəti nəticəsində” əldə edib.

Vladimir Filat Moldova banklarından 2009 və 2013-cü illər arasında 1 milyard dolların yoxa çıxması ilə bağlı 2016-cı ildə məhkum edildikdən sonra hazırda 9 illik həbsxana cəzası çəkir.

İtən vəsait Moldovanın bir dövlət kimi ÜDM-nin 10 faizi deməkdir.

22 yaşlı Luca Filatın polisin diqqətini cəlb etməsinə onun dəbdəbəli həyat tərzi səbəb olub. O 2016-cı ildə təhsil almaq üçün Londona köçəndən bəri dəyəri 259 min dollar olan Bently də daxil bahalı mal və xidmətlərə əhəmiyyətli məbləğlər xərcləyirdi.

NCA bidlirir ki, Britaniyada “heç bir qeydiyyatlı gəliri olmayan” Luca Filatın üç bank hesabına, əsasən Türkiyə və Kayman adalarındakı şirkətlərdən böyük vəsaitlər daxil olurdu.

2018-ci ilin mayından bəri bu işin polis təhqiqatına başlanması ilə əlaqədar həmin hesablar dondurulmuşdu.

Britaniya məhkəməsi fevralın 7-də sözü gedən dondurulmuş hesablardakı vəsaitin müsadirəsi barədə hökm çıxarıb.

Hakim Michael Snow deyib ki, bu vəsaitlərin mənşəyinin Moldovada törədilmiş cinayət əməli olduğu tamamilə sübuta yetirilib.

Britaniyada mənzillənmiş Global Witness antikorrupsiya qeyri-hökumət təşkilatı indi də Britaniya Milli Cinayət Agentliyini Luca Filatın hesabına milyonlar oturdan qurumların təhqiqatına çağırıb.

Təşkilatın nümayəndəsi Ava Lee bu barədə deyib:

"Milli Cinayət Agentliyi indi bankı, universiteti, ev kirayəsi agentini və maşın satan şirkəti sorğu-sual etməlidir ki, bu şübhəli pul xərcləyən və onun Kayman adasındakı şirkətləri barədə lazımi məlumatı niyə tələb etməyiblər”.

Britaniyada xaricilərin bank hesablarının dondurulmasına imkan verən 2017-ci il Cinayət Aktının tətbiqinə İzaholunmaz Sərvət Qanununun qəbulu ilə eyni vaxtda başlanıb.

İzaholunmaz Sərvət Qanunu və ya ingiliscə qısa adı UWO olan qanunvericilik aktı polisə korrupsiyada şübhəli bilinən xarici rəsmilərin və ya onların ailə üzvlərinin sərvətinin araşdırılması səlahiyyəti verir.

Britaniya məhkəmələri legitim mənşəyi məlum olmayan belə sərvətin müsadirəsi barədə qərarlar çıxara bilər.

Milli Cinayət Agentliyi ötən il İzaholunmaz Sərvət Qanununun mandatı ilə Azərbaycan vətəndaşı Zamirə Hacıyeva barədə təhqiqata başlayıb.

Hacıyeva hazırda Britaniyadan Azərbaycana ekstradisiya olunmamaq üçün məhkəmə müstəvisində mübarizə aparır. Azərbaycanda ona qarşı mənimsəmə ilə bağlı iki ittiham irəli sürülüb.

Onun əri, Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyev öz ölkəsində dələduzluq və mənimsəmə ittihamları ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hacıyeva ittihamları rədd edir.

Xatırlatma

Öətn il noyabrın 8-də Londondakı Yüksək Məhkəmə xanım Hacıyevanı zaminə buraxıb.

Hakim Jeremy Baker deyib ki, onun zaminə buraxılmaması üçün “sanballı əsas” yoxdur.

Xəbər verilir ki, Zamirə Hacıyeva 500 min funt sterlinq zamin pulu ödəməklə buraxılır, lakin onun Londondakı evində elektron xəbərdarlıq cihazının qurulması barədə qərar qəbul edilib.

Zaminin şərtlərinə görə xanım Hacıyeva axşam saat 21-dən səhər saat 6-dək evindən çıxmamalı və gündəlik qaydada polis məntəqəsinə məruzə etməlidir.

Ona habelə hər hansı beynəlxalq tranzit qovşaqlarında olmaq və ya səfər sənədləri üçün müraciət etmək qadağan olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG