Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Pashinian deyir ki, seçkinin dekabrda keçirilməsinə çalışmaqda davam edəcək


grab: pashinian
grab: pashinian

Ermənistanın baş naziri Nikol Pashinian deyib ki, o erkən seçkinin onun siyasi rəqiblərinin dediyi kimi gələn ilin mayında yox, bu ilin dekabrında keçirilməsinə çalışmaqda davam edəcək:

“Seçkinin mayda keçirilməli olduğunu deyənlər bu siyasi böhranın daha səkkiz ay davam etməsini istəyirlər. Biz bu məntiqlə razı deyilik. Bu məntiqdən çıxış edənlər öz şəxsi maraqlarını dövlət maraqlarından üstün tuturlar”.

Ermənistanın qanunlarına görə erkən parlament seçkisi Milli Məclisin baş naziri iki dəfə seçə bilməyəcəyi halda keçirilir. Bu bu zaman parlament buraxılır.

Pashinian deyib ki, bu mexanizmin işə düşməsi üçün oktyabrın sonunda istefa verməyi planlaşdırır.

O iddia edib ki, parlamentdə ən çox mandata sahib keçmiş hakim Respublikaçı Partiyası ilə Firavan Ermənistan Partiyası onun istefa verəcəyi təqdirdə baş nazirliyə öz namizədlərini verməməyi vəd ediblər.

Amma hər iki partiya bu iddianı rədd edib.

Vise-spiker: 'Qoy Paşinian istefa versin, sonra baxarıq'

«Dekabrda növbədənkənar parlament seçkilərinin keçirilməsi bizim gündəliyimizdə yoxdur», - Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində deyib. Onun qənaətincə, oktyabrın 2-də axşam baş nazir Nikol Paşinianla görüşdə parlament qüvvələri ortaq məxrəcə gələ bilmədiklərindən qəti qərar əldə olunmayıb.

Eduard Sharmazanov
Eduard Sharmazanov

Vitse-spikerin sözlərinə görə, onlar başa düşmürlər ki, nəyə görə Paşinian növbədənkənar seçkilərin gələn ilin fevralında və yazında yox, məhz bu ilin dekabrında keçirilməsinə təkid edir.

Şarmazanov seçkilərin mayda keçirilməsini, bütün siyasi qüvvələrin buna hazırlaşmasını, Seçki Məcəlləsinə dəyişikliklər edilməsini, yəni qanunverici və siyasi meydanın tam hazırlanmasını istədiklərini söyləyib.

«Baş nazir bəyan etdiyi kimi, istefa verərsə, onlar bu vəzifəyə namizəd irəli sürəcəklərmi» sualını parlament rəsmisi belə cavablandırıb: «Bu məsələni müzakirə etməmişik, istefa versin, sonra baxarıq».

Paşinian növbədənkənar seçkilərin mayda keçirilməsinə razılaşarsa, onlar baş nazir postuna namizəd irəli sürməməklə bağlı razılaşma imzalamağa hazırdırlarmı? Şarmazanov buna cavab olaraq deyib: «Qoy Paşinyan seçkiləri dekabrdan maya keçirməyə hazır olduğunu bəyan etsin, biz onda razılaşma haqda danışarıq».

Pashinyan deyir ki, parlamentdəki fraksiyalar tezliklə açıq mövqe bildirəcəklər
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

«O insanları nəyə görə gətirmişdi?»

Vitse-spikerin sözlərinə görə, problem ondadır ki, baş nazir dirənərək seçkilərin ancaq dekabrda keçirilməsindən danışır. O, Paşinianın oktyabrın 3-də yenidən parlamentə gələcəyini bildirib: «Cəhd edəcəyik başa düşək, indi nə olur və nəyi həll etmək mümkündür».

E.Şarmazanov vətəndaşların parlament önünə çağrılmasını və içəri buraxılmasını yolverilməz sayıb: «Bu nədən ötrüdür - Əmlaka ziyan vursunlar, dağıtsınlar? 1996-cı ildə də gətirmişdilər. Nəyə görə o insanları içəri gətirmişdi?».

Oktyabrın 2-də erməni parlamenti növbədənkənar toplantısında əl qaldırmaq yoluyla 67 səslə qanunvericiliyə mübahisəli dəyişikliyi qəbul edib. N.Paşinian bu düzəlişləri dəstəkləyən deputatların və siyasi qüvvələrin addımını «əks-inqilab» adlandırıb.

Qanunun əleyhdarlarının qənaətincə, sənədi dəstəkləyən qüvvələr parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsindən sığortalanmağa çalışırlar. Reqlamentə görə, deputatlar iki dəfə baş nazir seçə bilməsələr, Konstitusiyaya əsasən, parlament buraxılır və yeni seçki təyin olunur.

Paşinianın çağırışı ilə parlament önünə xeyli insan toplaşıb və baş nazir daha sonra parlamentdə danışıqlar aparıb. O, yaxın günlərdə istefa verəcəyini və bunun növbədənkənar seçki keçirməyə imkan yaradacağını bildirib. Baş nazir əmin edib ki, digər siyasi qüvvələr bu posta namizəd irəli sürməyəcəklərini bildiriblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG