Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Yunanıstan kibercinayət şübhəlisini Moskvaya təslim edə bilər


Aleksandr Vinnik
Aleksandr Vinnik

Yunanıstan məhkəməsi rusiyalı kibercinayət şübhəlisinin ekstradisiyasına dair Moskvanın əlavə ricasını təmin edib. Eyni şübhəlinin onlara verilməsini Fransa və Birləşmiş Ştatlar da istəmişdilər.

Aleksandr Vinnikin vəkili Ilias Spirliadis iyulun 30-da deyib ki, Afinanın 500 kilometrliyində yerləşən Salonikinin məhkəməsi 39 yaşlı şübhəlinin Rusiyaya verilməsi barədə hökm çıxarıb. Vinnik kiberhücumlarda və milyonlarla dollarlıq dələduzluqda şübhəli bilinir.

Vinnik ilk dəfə ötən il Yunanıstanda ABŞ-ın orderi əsasında həbs edilmişdi. Həmin məhkəmə okyabr ayında Vinnikin Birləşmiş Ştatlara ekstradisya edilməsinə dair hökm çıxarmışdı. Bu hökm dekabrda Ali Məhkəmə tərəfindən qüvvədə saxlanmışdı. İyulun 13-də isə məhkəmə onun Fransaya təslim edilməsi barədə qərar vermişdi. Bu hökmlər Moskvanı hiddətləndirmişdi.

İndi Yunanıstanın ədliyyə naziri Vinniki bu üç ölkədən hansına təslim etmək barədə qərar verməlidir.

Vinnik hazırda Yunanıstan həbsxanasında saxlanır və hansı ölkəyə esktradisya olunacağı barədə qərarı gözləyir.

Vinnikin Fransaya ekstradisiya barədə hökm Yunanıstandan iki Rusiya diplomatının qovulması ilə eyni vaxta təsadüf etmişdi. Onlar Yunanıstanla Makedoniya arasında sazişin əldə olunmasına əngəl yaratmaqda ittiham edilmişdilər. Makedoniyanın yeni adına dair saziş Skopyenin NATO və Avropa İttifaqı üzvlüyünə yolunu açır, bunu isə Moskva arzu etmir.

Fransa Vinniki kibercinayətlərdə, çirkli pulların yuyulmasında, kriminal təşkilatın üzvü olmaqda və reketdə şübhəli sayır.

Yunanıstanın Ali Məhkəməsi bundan əvvəl Vinnikin ABŞ-a ekstradisiya edilməsinə dair qərar vermişdi. Vinnik ABŞ-da bitcoin-dən istifadə etməklə milyardlarla dolların yuyulmasında ittiham edilir və məhkəmə qarşısına çıxarılmalıdır.

Yunanıstanın solçu baş naziri Alexis Tsipras Rusiya ilə Avropa İttifaqının daha yaxın münasibtələrinin qurulmasına rəğbətlidir və iki il əvvəl Vladimir Putini Yunanıstana dəvət etmişdi.

Lakin Moskva və Afina arasında Makedoniyanın NATO-ya üzv olması məsələsində fikir ixtilafı var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG