Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Yunanıstan Ali Məhkəməsi rus hakerin ABŞ-a ekstradisiyası barədə hökm verib


Aleksandr Vinnik
Aleksandr Vinnik

Yunanıstanın Ali Məhkəməsi rusiyalı kiberhücum şübhəlisi Aleksandr Vinnikin Birləşmiş Ştatlara ekstradisiya olunması barədə aşağlı instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Ali Məhkəmə dekabrın 13-də Vinnikin apellyasiya ricasını rədd edib, amma onun reallıqda ABŞ-a, yoxsa Rusiyaya ekstradisya edilməsi barədə son qərarı Yunanıstanın ədliyyə naziri qəbul etməlidir. Mübahisəli məsələlərə müdaxilə etmək məhz bu nazirin kompetensiyasındadır.

Moskva tərəfindən də tələb edilən Vinnik Birləşmiş Ştatlarda bitcoin-dən istifadə etməklə 4 milyard dollarlıq çirkli pulların yuyulmasında ittiham edilir.

Salonikidəki yerli məhkəmə ötən oktyabrda şübhəlinin ABŞ-a ekstradisiyası barədə qərar qəbul edib.

Vinnik Rusiyaya təslim edilməsini istəyir, çünki orada onu dəyəri 10 min avro olan daha yüngül fırıldaqçılıqda ittiham edirlər.

Aleksandr Vinnik iyul ayında Birləşmiş Ştatların orderi əsasında həbs edilib.

ABŞ hakimiyyət orqanları Vinniki bitcoinlər-i BTC vitual birjası vasitəsilə yumaqla kompüter hakerliyi və narkotik maddələrin qaçaqmalçılığı kimi başqa cinayətləri maliyyələşdirməkdə ittiham edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG