Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:38

Köçkün Baş Prokurorluğun qəbul otağında özünü yandırmağa cəhd edib


Bu gün, mayın 30-u məcburi köçkün Vilayət Hüseynov Baş Prokurorluğun qəbul otağında özünü yandırmağa cəhd edib.

Qəbul otağındakı mühafizəçilərin səyi ilə onun yanmasının qarşısı alınıb.

Şahidlərin deməsinə görə, özünü yandıran Vilayət Hüseynov xəstəxanaya aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən də bu baş verənləri APA agentliyinə təsdiq ediblər.

Orada bildirilib ki, Baş Prokurorluq Ağdam rayonundan olan Vilayət Barat oğlu Hüseynovun intihara cəhdinin araşdırılmasını xüsusi nəzarətə götürüb:

“Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində məskunlaşmış məcburi köçkün Mütalib Qasımov Daxili İşlər Nazirliyinin ( DİN) “102” xidmətinə zəng edərək bir baş iribuynuzlu heyvanının otlaq sahəsindən oğurlanması barədə müraciət edib. O bildirib ki, Ağcabədi rayon Polis Şöbəsinin İstintaq bölməsində başlanmış cinayət işi üzrə oğurluqda Vilayət Hüseynovdan şübhələnir”

Məlumatda həmçinin bildirilir ki, iş üzrə şahid qismində dindirilməsi məqsədi ilə 10 və 27 may tarixlərində istintaqa rəsmi dəvət edilsə də, Vilyatət Hüseynov heç bir səbəb göstərmədən bundan yayınıb:

“Bundan sonra o, mayın 30-da saat 12:55-də Baş Prokurorluğun Qəbul otağının qarşısında üzərinə tez alışan məhlul tökərək alışqanla əynindəki paltarını yandırıb. Lakin binanın mühafizəsini və ictimai asayişi həyata keçirən polis əməkdaşlarının müdaxiləsi nəticəsində intihara cəhdin qarşısı alınıb. Tibbi yardım göstərildikdən sonra Vilayət Hüseynov 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib”

Prokurorluğun bildirməsinə görə, araşdırmalarla müəyyən edilib ki, Vilayət Hüseynov əvvəllər oğurluq cinayətinə görə məhkum olunub. Məhkəmənin qərarı ilə barəsində məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi tədbirləri tətbiq edilməklə Ağdam rayonlararası Ruhi Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olub.

Ancaq, hələlik, Baş Prokurorluğun qəbul şöbəsində özünü yandıran Vilayət Hüseynovun və ya yaxınlarının bu açıqlamaya münasibətini öyrənmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG