Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Almatıda sovet rok musqisinin əfsanəsi Tsoya abidə qoyulub


Viktor Tsoy
Viktor Tsoy

Qazaxıstanın ən böyük şəhəri olan Almatıda sovet rok musiqisinin əfsanəsi Viktor Tsoya abidə qoyulub.

Mərhum musiqiçinin məşhur Kino musiqi qrupunun üzvü Yury Kasparyan, tanınmış qazax rejissoruRashid Nugmanov və Almatı meri Bauyrzhan Baibek abidənin iyunun 21-də keçirilmiş açılışında iştirak ediblər.

Tsoy və onun Kino qrupu 1980-ci illərdə keçmiş Sovet İttifaqında son dərəcə populyar idi.

O özünün mahnılarında qəhrəmanlığı, habelə azadlıq təşnəsi və siyasi dəyişiklik ümidlərini tərənnüm edirdi.

Əslən koreyalı olan Tsoy 1990-cı ilin 15 avqustunda Latviya ərazisində avtomobil qəzasında həlak olub. Onun 28 yaşı vardı.

Viktor Tsoy özünün son mahnı albomunu 1998-ci ildə Almatıda yazmışdı.Abidə Almatının mərkəzində “İynə” filminin son kadrlarının çəkildiyi yerdə qoyulub. Tsoy bu filmdə faciəli sonluğu olan baş qəhrəmanı oynayıb.

Abidənin açılışı Tsoyun 56 yaşına və filmin 30 illiyinə təsadüf edib.

Bu Qazaxıstanda Tsoya qoyulmuş ikinci abidədir. 2017-ci ildə Karakanda şəhərində məşhur musiqiçiyə ilk abidə qoyulmuşdu.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG