Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:11

Ermənistanın keçmiş hakim partiyası seçkiyə əsas müxalifət kimi gedir


Vigen Sargsyan
Vigen Sargsyan

Ermənistanın keçmiş hakim Respublika partiyası dekabrın 9-da keçiriləcək vaxtındanəvvəl parlament seçkisində iştirak etmək qərarına gəlib.

Azadlıq Radiosu erməni xidmətinin noyabrın 12-də verdiyi məlumata görə, bunu partiyanın üzvü, keçmiş müdafiə naziri Vigen Sargsyan partiyanın iclasından sonra mətbuata açıqlamasında deyib.

Sarqsyanın partiyası seçkiyə əsas müxalifət kimi gedir
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

O deyib ki, seçkiyə əsas müxalifət qüvvəsi olmaq üçün gedirlər. Və hesab edirlər ki, təcrübələri, imkan və resursları buna imkan verir.

Sargsyan qeyd edib ki, Respublika partiyası seçkidə hakimiyyətə gəlmək üçün yox, ağır yük daşıyacaq gələcək müxalifət olmaq üçün xalqdan mandat istəyəcək.

Hazırda Baş nazirin səlahiyyətlərini icra edən Nikol Pashinyan isə bundan əvvəl-noyabrın 8-də Astanaya səfəri zamanı deyib ki, saxta müxalifət son 20 ildə Ermənistanın siyasi mənzərəsini dağıdıb.

Nikol Pashinian
Nikol Pashinian

O qeyd edib ki, uzun zaman Ermənistanda xalqın mandatını qazanmış hökumət və müxalifət olmayıb.

Amma biz saxta müxalifət düzəltməyəcəyik və qarşıdan gələn seçkidə kimin hökumət, kiminsə müxalifət olacağını xalq həll edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG