Keçid linkləri

2025, 24 İyun, çərşənbə axşamı, Bakı vaxtı 16:42

Müharibə iştirakçılarına birdəfəlik müavinət veriləcək


1941-1945-ci illər İkinci Dünya Müharibəsi iştirakçılarına, həmin müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına pul müavinətləri veriləcək.

Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı sərəncam verib.

Sənəddə sərəncamın 1941-1945-ci illər İkinci Dünya Müharibəsində Qələbənin 73-cü ildönümü ilə bağlı verildiyi bildirilir.

Sərəncama görə, 1941-1945-ci illər İkinci Dünya Müharibəsi iştirakçılarına min manat məbləğində müavinət veriləcək.

İkinci Dünya Müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə isə beş yüz manat məbləğində birdəfəlik maddi yardım ediləcək. Bura döyüş cəbhələrinin arxa hüdudları, xüsusi birləşmələrin işçiləri, müharibə dövründə Leninqrad şəhərinin müdafiəsinə görə medal, döş nişanı ilə təltif edilmiş şəxslər və Leninqrad mühasirəsinin iştirakçıları da aiddir.Onlar da 500 manat almalıdrlar.

Yardımın maliyyələşdirilməsindən ötrü 2018-ci il dövlət büdcəsindən beş milyon doqquz yüz min manat ayrılacaq.

Bu il mayın 9-da faşizim üzərində qələbənin 73 ili tamam olur. İkinci Dünya Müharibəsi zamanı Azərbaycan Sovet Sosialist Respublikalar İttifaqının tərkibində olub.

XS
SM
MD
LG