Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:07

Trump-ın oğlu ilə görüşən rusiyalı vəkilin yeni e-mail-ləri açıqlanıb


Natalya Veselnitskaya
Natalya Veselnitskaya

ABŞ-da çirkli pulların yuyulması işində adı keçən rusiyalı vəkilin yenicə açıqlanmış elektron məktublarından görünür ki, o özünün adi bir vətəndaş olduğunda dəfələrlə israr etsə də, əslində Rusiya Baş Prokurorluğunun rəsmiləri ilə sıx əlaqələrdə olub.

Yenicə açıqlanmış e-mail-lər, Preverzon adlı şirkət üçün hüquqi işi, müəmmalı şəkildə prezident Trump-ın böyük oğlu ilə 2016-cı ilin seçki kampaniyası dövründə baş tutmuş görüşü ilə eyni vaxta təsadüf edən Natalya Veselnitskayanın şəxsiyyətinə bir qədər də işıq salıb.

Veselnitskaya indiyə qədər Kreml və ya Baş Prokurorluğun rəsmiləri ilə hər hansı əlaqələrinin olduğunu danıb. O ötən il ABŞ Senatının komitəsinə göndərdiyi məktubda “hər hansı hökumət qurumundan müstəqil fəaliyyət göstərdiyini” yazıb.

Lakin onun AzadlıqRadiosuna verilmiş e-mail-ləri vəkilin baş prokuror Yuri Çaykanın ofisindəki vəzifəli rəsmi – Sergey Boçkaryovla kommunikasiyada olduğunu göstərir. Bu iki şəxs arasındakı yazışma ABŞ-ın hüquqi tələbnaməsinə Rusiyanın rəsmi cavabının mətni üzərində işlə bağlı olub.

Rusiyanın baş prokuroru Yuri Çayka
Rusiyanın baş prokuroru Yuri Çayka

Natalya Veselnitskaya 2014-cü ilin 2 avqustunda yazırdı: “Əziz Sergey Aleksandroviç! Mən sizə, təlimantınıza uyğun şəkildə cavaba edilmiş redaktələri göndərirəm. Mən ortaya çıxa biləcək hər hansı suallara cavab vermək üçün sizə münasib olan bütün vaxtlarda hazıram. Hörmətlə NV”.

Sözü gedən elektron məktublar barədə ilk məlumatı The New York Times dərc edib.

AzadlıqRadiosu Veselnitskayadan bu məsələyə münasibətini öyrənə bilməyib, amma o Interfax agentliyinə verdiyi şərhdə deyib ki, elektron poçtuna fevral ayında haker hücumu edilib.

Bu məktublar Dosye adlı təşkilat tərəfindən əldə olunub. Təşkilatı Rusiyanın neft baronlarından Mixail Xodorkovski maliyyələşdirir. O uzun illər Rusiya həbsxanasında olub, hazırda isə Rusiya xaricində yaşayır və Vladimir Putinin kəskin tənqidçilərindəndir.

Bu məktublaşma dövründə Veselnitskaya bir Rusiya biznesmeninə məxsus Prevezon şirkətinin vəkilliyini edirdi. ABŞ hakimiyyət orqanları Prevezon-u 2000-ci illərin ortalarında Rusiya büdcəsindən yayındırılmış 250 milyon dolların yuyulımasında ittiham edirdi.

Prevezon vergi fırıldağının gəliri olan bu pulları qəbul etməyində israr edirdi. 2014-cü ildə ABŞ-ın Ədliyyə Nazirliyi bu işlə bağlı Rusiya baş prokuroru Yuri Çaykanın ofisinə rəsmi sorğu göndərmişdi.

2017-ci ilin mayında Manhattan məhkəməsində aktivlərin müsadirəsinə dair mühakiməyə başlanmalı idi. Lakin Prevezon bundan az əvvəl prokurorlarla işin məhkəmədən kənarda həlli ilə bağlı sövdələşməyə girmiş və 6 milyon dollar cərimə ödəməyə razılıq vermişdi.

Rusiyada həyata keçirilmiş bu vergi fırıldağı ilə bağlı ilkin məlumatları Sergey Maqnitski adında bir hüquqşünas faş etmişdi. Bundan bir neçə il sonra Maqnitski dələduzluqda ittiham olundu və iddia edildiyinə görə 2009-cu ildə həbsxanada məruz qaldığı işgəncələrdən öldü.

Hüquqşünas Sergey Maqnitski 2009-cu ildə həbsxanada ölüb
Hüquqşünas Sergey Maqnitski 2009-cu ildə həbsxanada ölüb

Maqnitskinin ölümündən sonra, 2012-ci ildə ABŞ-da onun adını daşıyan qanun qəbul olundu. Bu qanun fırıldaqlarda əli olan Rusiya rəsmilərinin cəzalandırılmasını nəzərdə tuturdu. Bu qanunun qəbulundan qəzəblənən Moskva rusiyalı yetim uşaqların amerikalı valideynlər tərəfindən övladığa götürülməsini qadağan edən qanun qəbul etmişdi.

O vaxtdan bəri rusiyalılar Vaşinqtonda Maqnitskinin ölümü ilə bağlı versiyaları dəyişmək üçün geniş lobbiçilik fəaliyyətinə başlamışdılar.

Bu lobbiçilik kampaniyasının bir elementi kimi Maqnitskinin hərəkətləri və ölümü barədə Rusiya rejissorunun bədiiləşdirilmiş sənədli filmi nümayiş etdirilib.

Film Vaşinqtondakı Newseum kino zalında, 2016-cı il, iyunun 13-də göstərilib. Bundan dörd gün əvvəl Veselnitskaya Trump Tower mehmanxanasında Donald Trump-ın böyük oğlu Donald-la görüşmüşdü.

Donald Trump-ın böyük oğlu Donald "Trump Tower" otelində
Donald Trump-ın böyük oğlu Donald "Trump Tower" otelində

Veselnitskaya sonradan bildirmişdi ki, həmin görüşdə rusiyalı uşaqların övladlığa götürülməsinə qoyulmuş qadağan müzakirə edilib.

Sonradan oğul Donald Trump-ın açıqladığı e-mail-lərdən bəlli olurdu ki, bu görüş britaniyalı musiqi prodüseri, Rusiya biznesi ilə sıx əlaqələri olan Bob Goldstone tərəfindən təşkil edilib.

Goldstone gələcək prezidentin oğluna bildirirdi ki, “Rusiyanın taxt-tac prokuroru” “Trump kampaniyasına Hillary və onun Rusiya ilə əlaqələrinə aid gözdən salan materiallar təklif edir və bu materiallar onun atası üçün faydalı ola bilər”.

Oğul Trump bu e-mail-ə “Mən bunu sevdim” cümləsi ilə cavab vermişdi.

Bu arada Veselnitskaya NBC News kanalına verdiyi müsahibədə baş prokuror Çayka ilə fəal kommunikasiyada olduğunu etiraf edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG