Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:20

Trump-ın oğlu ilə görüşmüş rusiyalı vəkilə qarşı yeni ittiham irəli sürülüb


Natalya Veselnitskaya
Natalya Veselnitskaya

2016-cı ildə prezident Donald Trump-ın seçki kampaniyası rəsmiləri ilə görüşü sövdələşmə barədə iddiaların yaranmasına səbəb olmuş rusiyalı vəkilə qarşı Nyu Yorkda baxılan başqa bir işlə bağlı ədalətə maneçilik törətmək ittihamı irəli sürülüb.

Yanvarın 8-də açıqlanmış ittihamnamədə deyilir ki, Natalya Veselnitskaya vergi iadəsi fırıldağı ilə bağlı mülki məhkəmə işində hakimə yanlış ifadələr verib.

ABŞ İmmiqrasiya və Gömrük Xidməti Daxili Təhlükəsizlik Təhqiqatları bölümünün Nyu York ofisinin rəhbəri Angel M. Melendez deyib ki, “Veselnitskaya ABŞ müstəntiqlərinə bilərəkdən yanlış məlumatlar verməsi ilə bağlı bundan sonra Birləşmiş Ştatlarda axtarışda olan şəxs hesab edilir”.

Veselnitskaya məhkəmə işində Rusiyanın nəzarətində olan və 2017-ci ildə ABŞ hakimiyyət orqanları tərəfindən 230 milyon dollarlıq vergi fırıldağında ittiham edilən, habelə sonradan bu işin məhkəmədən kənar həlli üçün 6 milyon dollar cərimə ödəməyə razılaşan Prevezon Holdings Ltd daşınmaz əmlak firmasını təmsil edib.

PrezidentTrump 2016-cı ilin iyununda böyük oğlu Donald Trump və kürəkləni Jared Kushner-in Trump Tower otelıində, aralarında Veselnitskaya da olan bir qrup rusiyalı ilə görüşü barədə məlumatsız olduğunu iddia edib.

Oğul Donald Trump etiraf edib ki, bu görüşə Trump-ın seçki rəqibi Hillary Clinton-u gözdən salacaq informasiya vəd olunduğuna görə razılıq verib.

Veselnitskaya Rusiya hökumətinin adından fəaliyyət göstərdiyini inkar edir.

Veselnitskayanın Rusiyada yaşadığı düşünülür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG