Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

Vergi yığımı artıb


manat
manat

Vergilər nazriliyi 2019-cu ilin yanvar-may aylarında vergi daxilolmaları barədə məlumatları açıqlayıb. Həmin müddətdə nazirlik tərəfindən dövlət büdcəsinə 3 milyard 139,3 milyon manat vergi səfərbər edildiyi, proqnoza 110,1 faiz əməl olunduğu bildirilir. Bunun əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz və ya 239,9 milyon manat çox vəsait olduğu qeyd edilir.

Məlumata görə, ödənilən vergilərin 69 faizi qeyri-neft-qaz sektorunun, 31 faizi neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının artımı proqnoza nisbətən 13,8 faiz, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 16,1 faiz (299,7 milyon manat) təşkil edib.

Deyilir ki, bu ilin yanvar-may aylarında vergi daxilolmalarının artım tempi (8,3 faiz) ÜDM-in nominal artım tempi (2,8 faiz), qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artım tempi isə (16,1 faiz) sektorda ÜDM-in nominal artım tempini (7,7 faiz) üstələyib.

Ölkədə aktiv vergi ödəyicilərinin sayının əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq 452.242 olduğu bildirilir. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 40 faiz artaraq 21.394-ə çatıb.

Aktiv hüquqi şəxslərin sayı isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1 faiz artaraq 71.930, aktiv fiziki şəxslərin sayı 12,2 faiz artaraq 380.312 olub.

XS
SM
MD
LG