Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:14

Bərbərlər və dərzilər hökumətin yadına düşüb...


Yeni ildən yeni vergilər gəlir
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Yeni ildən yeni vergilər gəlir

2019-cu ildən bərbərlər, dərzilər və ofisiantlar da vergi ödəyəcək. Vergilər Məcəlləsinə edilən dəyişikliyə görə bu peşə sahibləri sabit sadələşdirilmiş vergi ödəyiciləri olacaqlar. Bəs, onların ödəyəcəyi vergi yeni qaydada necə hesablanacaq?

Cavid Quliyev 10 ildir Bakıda bərbər kimi çalışır. Deyir ki, cəmi 10 gündən sonra vergi qaydaları dəyişir, amma onlara doğru-dürüst məlumat verən yoxdur:

“Biz bərbərlər onsuz da vergi verirdik. Hər ay vaxtlı-vaxtında kassaya daxil olan vəsaitin 4 faizi qədər, 50 manat da Sosial Müdafiə Fonduna ödənişlər edirdik. Amma indi deyirlər ki, yeni ildən qaydalar dəyişir. Televizorda da çıxış edənlər terminlərlə danışırlar, nə dediklərini də ancaq özləri başa düşürlər”.

Bakı bərbəri ilə Gəncə bərbərinin fərqi

Vergilər Məcəlləsinə edilən dəyişikliyə görə, gələn ildən bərbərlər ayda 20 manat, dərzi və ofisiantlar isə 10 manat sabit vergi ödəyəcəklər. Amma bu rəqəmlər əmsallar əsasında şəhər və rayonlar üzrə dəyişir. Məsələn, Bakıdakı bərbərlər hər ay sabit qaydada 40 manat, ofisiant və dərzilər isə 20 manat ödəyəcəklər. Amma, məsələn, Gəncədə çalışan bərbər 30 manat vergi verəcək.

İqtisadçı Zöhrab İsmayıl hesab edir ki, yeni qaydalarda çoxlu mübahisəli məqamlar var. Çünki, məsələn, elə bərbər ola bilər ki, ayda 1000 manat qazanır, eləsi də ola bilər ki, ayda yüz manatı zorla qazanır. Onların hər ikisindən də eyni məbləğdə sabit vergi tutulması normal yanaşma deyil:

“Mənə elə gəlir ki, burda əsas məqsəd bütün bu sahədə çalışanları da vergiyə cəlb etməkdir. Onları vergi ödəyicisi kimi, qeydə almaqdır. Hökumətin cibi boşalan kimi, hansısa bir sahədə pul çatışmazılığı hiss edən kimi sabit vergiləri artıra bilər”.

Zöhrab İsmayıl deyir ki, indiki qayda ilə regionlarda çalışan bir bərbər ayda gərək min manat qazanaydı ki, 20 manat vergi ödəyərdi. Amma yeni dəyişiklikdən sonra bu məbləği qazandı, qazanmadı 20 manat vergi ödəmədir.

O, bu sistemi doğru hesab etmir. Düşünür ki, yanaşma ədalətli deyil.

Məqsəd vergini artırmaqdır

Amma Vergilər Məcələsinə edilən dəyişikliklərin parlamentdə müzakirəsində fəal iştirak edən millət vəkili Vahid Əhmədov əksini düşünür. O deyir ki, əvvəllər bu sahədə çalışanlar hər şeyi kassaya vurmurdu ki, az vergi ödəsin. Artıq buna getməyəcək. Çünki kassaya nə qədər mədaxil olmasından asılı olmayaraq, onlar sabit bir məbləğ ödəyəcəklər. Ümumiyyətlə, Vahid Əhmədovun fikrincə məcəlləyə edilən yeni dəyişiklər şəffaflığı artıracaq:

“Birincisi bu, kölgə iqtisadiyyatının aradan qaldırılması, şəffaflığın artırılmasıdır. İkincisi vergi inzibatçılığının möhkəmləndirilməsi, üçüncüsü vergi səmərəliliyinin artırılması, dördücüsüsü vergi sistemi ilə sahibkarlar arasında münasibətlərin normallaşdırılmasıdır. Həm sahibkarlar, həm işəgötürənlər, həm də işçilərin özləri ikili mühasibatçılığa meyl edirdilər. Çalışdılar ki, əmək haqqını, gəlirlərini az göstərsinlər ki, az da vergi ödəsinlər”.

Vahid Əhmədov deyir ki, bu sahədə xeyli güzəştlər də edilib ki, vergidən yayınan olmasın.

AzadlıqRadiosu bu barədə Bakı sakinləri arasında sorğu keçirib:

Sizcə, Azərbaycanda vergini ödəməyənlər kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

Yanvarın 1-dən Vergilər Məcəlləsinin dəyişikliklər qüvvəyə minir. 2015-ci ildə neftin qiyməti kəskin düşəndən sonra hökumət bir sıra dövlət qurumlarında ixtisarlar aparıb, büdcəni doldurmaq üçün alternativ yollar axtarmağa başlayıb. Son həftələr neft yenə də kəskin ucuzlaşmağa başlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG