Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Vergi güzəştləri hamını qane edirmi? (VIDEO)


Hökumətin yardım vədi sahibkarları qane edirmi?
Gözlə

No media source currently available

0:00 0:12:04 0:00

Hökumətin yardım vədi sahibkarları qane edirmi?

Azərbaycanın İqtisadiyyat Nazirliyi aprelin 22-də pandemiyadan zərər çəkən sahibkarlara vergi güzəştlərini açıqlayıb.

Bu proqrama əsasən koronavirus epidemiyasına görə işləyə bilməyən sahibkarlar 2020-ci ildə əmlak və topraq vergisindən tam azad olunur. Mənfəət vergisinə 75 faiz, sadələşdirilmiş vergiyə 50 faiz güzəşt olunacaq.

Vergi güzəştləri mehmanxanalar, turizm agentlikləri, sərnişin daşımları, hazırlıq kursları, idman, mənədiyyət obyektləri və digər sahələr üzrə sahibkarlara aid edilib.

Məsələn, bir taksi sürücüsü hər ay 80 manat vergi və sosial sığorta ödənişi edirdisə, güzəştlərdən sonra onlar 39 manat ödəyəcək.

Amma bu qərar Bakıda taksi sürücüsü Teymur Həsənovun heç ürəyincə deyil. O ödənişlərin tam dayandırılmasını daha doğru sayır.

Sürücü bildirir ki, hər ay taksi sürmək üçün lisenziya almağa əlavə 18 manat 40 qəpik ödəyir. Üstəlik, karantin dövründə bir neçə dəfə öz vəsaiti hesabına maşınını dezinfeksiya da etdirib. Digəl ay ərzində heç çəkdiyi bu xərcləri, benzin pulunu belə çıxara bilməyib:

“İş əvvəlki kimi deyil. Küçələr bomboşdur. İşə çıxırıq çıxmağına, amma boş-boş dolanırıq küçələrdə. Onsuz da taksi sürücüsü nə qazanırdı ki, Bakıda taksilər 2 manat, 2 manat 50 qəpikdir. Demək olar ki, əvvəlki aylarla müqayisədə işimiz 90 faiz azalıb”.

Teymur Həsənov deyir ki, bəlkə də başqaları üçün az görünə bilər, amma onun kimi çörəyi daşdan çıxaranlara hər aya 40 manat, üstəlik 18 manat da lizensiya üçün ödəmək çətindir.

İki fərqli qiymətləndirmə

Bəs, hökumətin iqtisadiyyatı dirçətlmək üçün elan etdiyi bu tədbirlər planı nəticə verə biləcəkmi?

Deputat Vüqar Bayramov Trend infromasiya agentliyinə deyib ki, bu güzəştlər sahibkarların postpandemiya dövründə öz fəaliyyətlərini daha qısa zamanda bərpa etməsinə imkan verəcək.

Müxalif ReAl partiyasının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə görə isə hökumətin iqtisadi paketində müsbət addımlar olsa da, tədbirlər yarımçıq və yetərli deyil.

Onun fikrincə, bəzi olduqca vacib məsələlər, ümumiyyətlə proqrama daxil edilməyib:

“Kiçik və orta sahibkarların böyük əksəriyyəti icarədə oturublar. Tutalım, obyekt sahibləri onlara 1-2 ay güzəşt etdi. Amma karantin bitən kimi obyekt sahibləri icarədarlardan aylıq ödənişləri istəməyə başlayacaqlar. Bəs, sahibkar icarə haqqını necə ödəsin?! Bu hökumət proqramında daha bir boşluq odur ki, kiçik və orta sahibkarların götürdükləri biznes kreditləri ilə bağlıdır. Hökumət deyir ki, bu il ərzində həmin kreditlərə hesablanan faizin yarısını ödəyə bilər. Yəni, iş adamı, tutalım, 14%-lə kredit götürübsə, onun 7%-ni dövlət hökumət ödəyə bilər, yaxşı bəs 2020-ci ilin böyük bir hissəsini çalışmayan, qazanmayan, sahibkar yerdə qalan 7%-i necə ödəyəcək?!”

Natiq Cəfərli bildirir ki, bütün növ kreditlər üzrə faiz hesablamaları dondurulmasa, problemli kreditlər daha da artacaq, sonra da hökumət bankları xilas etmək üçün daha çox pul xərcləməli olacaq.

Prezident İlham Əliyev özü də bildirib ki, aprel, may, iyun aylarında iqtisadiyyatda tənəzzül ola bilər. O hökumətə tapşırıb ki, bu baxımdan da sahibkarlar həm pandemiya, həm də pandemiyadan sonra dəstəklənməlidir ki, iqtisadiyyatı sabit saxlamaq mümkün olsun.

İlham Əliyev bildirib ki, koronavirus pandemiyasının təsirilərini azatmaq üçün iqtisadi paketin icrası 3,5 milyard manatı ötə bilər.

Amma müstəqil ekspertlər bu tədbirlər paketinin bütün ehtiyaclı şəxsləri əhatə etmədiyi qənaətindədirlər.

Azərbaycanda aprelin əvvəlindən koronavirus epidemiyasına görə karantin rejimi elan olunub, ölkədə yalnız həyati əhəmiyyətli obyektlər çalışır. Bu rejim mayın 4-dək qüvvədədir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG