Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

'Dövlət məktəbində işləyən müəllim vergi ödəyəcək, özəldə işləyən yox'


N.Cəfərli
N.Cəfərli

«İstər hökumətin, istərsə də Vergi Nazirliyinin islahatlar aparmaq niyyəti ciddidir və bu islahatların nə dərəcədə əhəmiyyətli olub-olmadığı yaxın vaxtlarda özünü göstərəcək».

REAL Partiyasının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli vergi islahatları ilə bağlı şərhində bildirir.

O hesab edir ki, bərabərlik prinsipi pozulduğundan bu islahatlar problemlər də gətirəcək: «Bərabərliyin pozulması budur ki, islahatlar və ya 7 il müddətinə vergidən azad olunmaq güzəşti ancaq özəl sahəyə tətbiq edilir. Bu isə o deməkdir ki, eyni işi yerinə yetirən dövlət məktəbində dərs deyən müəllim gəlir vergisi ödəməkdə davam edəcək, amma özəl məktəbdə dərs deyən müəllim vergidən azad olunacaq».

«İşəgötürənlə işəgötürülən sövdələşməyə gedəcək»

Rəsmilər söyləyir ki, islahatların məqsədi kölgə iqtisadiyyatını kiçiltməkdir. N.Cəfərli düşünür ki, burada şərtlər yetərli deyil, işəgötürənlə işəgötürülənin üst-üstə düşən maraqları var:

Vətəndaşın vergi ödəməyə həvəsi varmı?
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

«İşəgötürülən 6 manat üstəgəl gəlirin 200 manatdan yuxarı hissəsinin 10%-i, işəgötürən isə 44 manat üstəgəl gəlirin 200 manatdan yuxarı hissəsinin 15%-i qədər sosial müavinət ödənişi etməlidir. Bu isə tərəflərə maraqlı deyil. Nəticədə daha az müavinət ödənilməsi üçün işəgötürən iş yerlərinin, işəgötürülən maaşların az göstərilməsində maraqlı olaraq sövdələşməyə gedəcəklər».

«Pensiya sisteminin başına elə oyun açıblar...»

İqtisadçının qənaətincə, elə bir şərait yaradılmalı idi ki, işəgötürülən işəgötürəni maaş sahəsində şəffaflığa məcbur etməkdə maraqlı olsun. Amma indiki halda işəgötürülən istər kölgə iqtisadiyyatının azaldılmasında, istərsə də şəffaflığın artırılmasında maraqlı görünmür.

«Səbəb də budur ki, 2006-cı ildən bu yana pensiya sisteminin başına elə oyun açıblar ki, insanlar Sosial Müdafiə Fonduna ödədikləri vəsaitlərin geri qayıdacağına əmin deyildirlər. Ona görə də, nisyə pensiyanın dalınca deyil, hazırkı nağd maaşın yuxarı olmasının dalınca gedirlər», - ekspert izah edir.

N.Cəfərli vurğulayıb ki, nazirliyin hədəf və məqsədi düzgün olsa da, bu hədəf və məqsədi reallaşdıracaq vasitələr sona qədər düşünülməyib.

Milli Məclisin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliyə əsasən, qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aylıq əməkhaqqı 8000 manatadək olduqda 0 səviyyəsində, əməkhaqqı 8000 manatdan çox olduqda isə 8000 manatdan çox olan məbləğin 14% həcmində müəyyənləşdirilir. Yeni yanaşmanın 2019-cu il yanvarın 1-dən 7 il müddətində tətbiqi nəzərdə tutulur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG