Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Veravulçay daşıb, təsərrüfatlara ziyan dəyib


Lənkəran və Astarada həyətləri su basıb
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

Lənkəran və Astarada həyətləri su basıb (Arxiv. 2018)

Son günlərdə fasiləsiz yağan yağış Lənkəran rayonunun Vilvan kəndinin ərazisindən keçən Veravulçayın daşmasına səbəb olub. Bir çox fərdi təsərrüfatlara ziyan dəyməsi ilə bağlı şikayətlər var. Kənd sakinlərin bildirməsinə görə, ərazidə torpaq sürüşməsi də olub.

Lənkəran rayon İcra Hakimiyyəti başçısının Vilvan kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi Yalçın Əzimzadənin sözlərinə görə isə, ərazidə kəskin torpaq sürüşməsi sovet dövründə olub.

"Texnika gələcək, çayın səmtini dəyişəcəklər"

O əlavə edib ki, bu yaxınlarda yağan yağışdan sonra bəzi yerlərdə torpaq çöküb, bu da təhlükə yaratmır: "Orada torpaq sürüşməsi olub, illərlə, tədricən. Çayda su torpağı yuyub, töküb aşağı. Təxminən bir sot torpağı yuyub. Fövqəladə Hallar Nazirliyinin nümayəndələri keçən il əraziyə baxış keçiriblər. Bu ilin mart ayında sahilbərkitmə işləri getməli idi. Həmin ərazi plandadır. 2013-2014-cü illərdə iki kilometrə yaxın sahilbərkitmə işləri aparılıb. Texnika gələcək, çayın səmtini dəyişəcəklər. Sahilbərkitmə işlərindən sonra çay əvvəlki axarı ilə gedəcək. Gələcəkdə sürüşmə ola bilər. Hazırda narahatlığa əsas yoxdur".

XS
SM
MD
LG