Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:27

'Venom' iki günə filmin xərcini ödədi


«Venom» filmindən kadr
«Venom» filmindən kadr

Bütün dünyada tənqid olunan «Venom» filmi təkcə Şimali Amerika debütündən 80 milyon dollar qazanaraq oktyabr ayı üçün kassa rekordu vurub. Təhlilçilər deyirlər ki, bu film istehlakçıya tamamilə monstr antiqəhrəmana fokuslanmış yanaşma təklif edir.

«Venom»un ekranlara çıxdığı ilk həftəsonu ərzində 50 milyon – 75 milyon dollar gəlir gətirəcəyi gözlənilirdi.

Film dünyada da hitə çevrilib. Onun bütün dünyada topladığı gəlir 205 milyon dolları keçib.

İzləyici qəhrəmanlardan yorulub

Hazırda kino industriyası superqəhrəmanlarla yüklənib. Qismən bu səbəbdəndir ki, kino studiyaları bazara həm də superşər və antiqəhrəman kontentli blokbasterlər çıxarırlar.

«Qəhrəman hekayələri bəzilərinə yorucu gələ bilər. Çoxları hər şeyin medalın digər tərəfindən necə göründüyünü bilmək istərdi. Biz superqəhrəman filmlərinin son 20 illik tarixində mənfi qəhrəmanlar haqda 5 dəqiqədən artıq hekayə görməmişik», –sparklecitycomics.com saytının həmtəsisçisi Brayan Şutzer CNBC-yə deyib.

«Venom»dan başqa, DC və «Warner Bros.» hazırda «Coker» filmi üzərində işləyirlər. Film Betmen komiksi və filmindəki mənfi qəhrəman Coker haqdadır. Todd Fillipsin çəkdiyi filmdə baş rolu Xoakin Feniks ifa edir. T.Fillips «Köhnə məktəb» (Old School), «Borat» və «Subaylığın son gecəsi» (The Hangover) kimi komik filmlərlə tanınır.

«Bu, müasir kinoda çox da görmədiyimiz tamamilə yeni müstəvidir. Bu, demək olar, keyləşdirici superqəhrəmanlar axınında bir qullab təmiz hava kimidir», – Şutzer deyir.

Rejissor Ruben Fleyşerin çəkdiyi «Venom» filmində Tom Hardi Mişel Uilyams kimi aktyorlar rol alıb. «Rotten Tomatoes» saytına görə, istehlakçıların 91%-i «Venom»u böyük ekranda görməyi həyəcanla gözləyiblər.

Mütəxəssislər Venomun Hörümçək-adamın (Spider Man) ən çox tanınan düşmənlərindən olduğuna görə gənc auditoriya arasında bu qədər populyar olduğunu deyirlər.

«O, mənfi qəhrəmandır, ancaq oxucuların anlaya …bildiyi mənfi qəhrəmandır. Yaxşı mənfi qəhrəman hətta ondan da yaxşı qəhrəmana çevrilə bilər. Özü də deyə bilərik ki, o, Hörümçək- adamın ən böyük komiks qəhrəmanı olmasına çox kömək edib», – Şutzer deyir.

Baş qəhrəmana bağlanmaq

Ancaq Hörümçək- adam özü filmə daxil edilmədiyinə görə məşhur YouTube film tənqidçisi Ceremi Ceyns onun tam potensialına çata biləcəyinə şübhə edir.

Ceyns deyir ki, «Sony» studiyası özünün iddialı gələcəyinə başlamaq üçün «Venom»dan çox asılıdır.

Qeyd edək ki, film «Sony» və «Warner Bros.» studiyası tərəfindən çəkilib. «Warner Bros.» «Warner Media2 şirkətinin tərkib hissəsidir. Sonuncu isə öz növbəsində AT&T telekommunikasiya nəhənginə məxsusdur.

Mütəxəssislər deyirlər ki, kinosevərlər «Venom», gələn il ekranlara çıxacaq «Coker» və «Sony»nin digər layihələrində çox yaxşı tanınan, sevilən müsbət və mənfi qəhrəmanların maraqlı ekran versiyalarını görəcəklər.

«Bütün hekayələrdə olduğu kimi, burada da əsas məsələ auditoriyanın baş qəhrəmana bağlanması və ya ona simpatiya göstərməsidir. Günümüzdə ənənəvi olaraq ağ-qara filmlərdə əks olunan janrların böyük, rəngli ekranda necə görünə biləcəyində bir mistika var», – BoxOffice.com saytının baş təhlilçisi Şon Robbins deyir.

P.S. «Venom»un təkcə ABŞ-da kassa yığımı bu həftənin çərşənbə günü – oktyabrın 17-də 150 milyon dolları keçib. Filmin bütün dünyadakı ümumi gəliri isə azı 385 milyon dollardır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG