Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 03:02

Venesuellada müxalifət liderləri həbs olunur


Venesuella, 30 iyul 2017

Venesuellada iki müxalifət lideri həbs olunub. Məlumatı Venesuella Təhlükəsizlik xidmətinin əməkdaşları yayıb.

Müxalifət liderləri Leopoldo Lopez və Antonio Ledezma-nın qohumlarının yaydığı məlumata görə, hər iki lider gecə saatlarında evlərindən aparılıb.

Olay yeni konstitusiya assambleyasının seçildiyi ziddiyyətli və əksəriyyətin baykot etdiyi seçkidən iki gün sonraya təsadüf edir. Səsvermə həm də kütləvi nümayişlərlə müşayiət olunub, toqquşmalarda azı 10 nəfər ölüb.

Prezident Nicolas Maduro-nun təşəbbüsü ilə keçirilən seçkidə seçilən yeni parlament ölkənin yeni konstitusiyasını yazmalıdır. Müxalifət bu seçkini baykota çağırmışdı, iddia edir ki, bununla prezident hazırda müxalifətin çoxluq təşkil etdiyi parlamentin idarəetmədə rolunu azaltmağı, əvəzində prezidentin səlahiyyətlərini artırmağı nəzərdə tutur.

İyulun 31-də Birləşmiş Ştatlar “diktator” adlandırdığı prezident Nicolas Maduro-ya qarşı sanksiya tətbiq edib.

Venesuellada aylardır davam edən kütləvi aksiyalarda ümumilikdə 120 nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG