Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Venesuela hərbi-hava qüvvələrinin generalı müxalifətin tərəfinə keçdi


 Francisco Yanez,Venesuela hərbi-hava qüvvələrinin generalı
Francisco Yanez,Venesuela hərbi-hava qüvvələrinin generalı

Venesuelalı yüksək rütbəli general, müxalifət lideri Juan Guaidonu dəstəkləyib.

Reutersin fevralın 2-də yaydığı məlumata görtə, hərbi-hava qüvvələri baş komandanlığının üzvü Fransisko Yanez (Francisco Yanez) silahlı qüvvələri Nicolas Maduroya qarşı çıxmağa və müxalifət lideri Guaido-nu müvəqqəti ölkə rəhbəri kimi tanımağa çağırıb.

“Venesuela xalqı və silahlı qüvvələrin 90 faizi dikdatorla yox, Venesuela xalıqıyladı”, Yanez fevralın 2-də “Tvitter” lə yayılan videoda deyib.

General Yanez ölkə daxilində bu cür addım atan ilk yüksək rütbəli generaldır.

Bundan əvvəl isə ABŞ-dakı Venesuela səfirliyinin hərbi attaşesi polkovnik Jose Luis Silva da belə bir addım atıb.

Qeyd edək ki, Venesuela müxalifətinin lideri, Maduronun rəqibi və parlamentin sədri Juan Guaido yanvarın 23-də özünü müvəqqəti prezident elan edib.

O fevralın 2-də Venesuela sakinlərini yenidən küçələrə çıxıb yeni seçki keçirilməsi üçün Maduroya təzyiq göstərməyə çağırıb.

O fevralın 2-də kerçiriləcək etirazı “Venesuela tarixinin ən böyük yürüşü” adlandırıb.

Qeyd edək ki, ABŞ, Kanada,Braziliya və bir şox Latın Amerikası ölkələri onu artıq müvəqqəti prezident kimi tanıyıblar.

Avropa Birliyi də Maduroya bildirib ki, əgər fevralın 3-dək yeni seçki çağırmasa, Guaido-nun müvəqqəti prezident kimi tanınmasında Birləşmiş Ştatlara qoşulacaqlar.

Guaido böhranın çözülməsi üçün danışıqlarda vasitəçi olmaq barədə Meksika və Uruqvayın təklifini rədd edib.

O deyib ki, “müxalifət insan haqları pozuntularının hakimiyyətdə qalmasını təmin edən danışıq və müzakirələrdə iştirak etməyəcək”.

Hakimiyyətini qoruyub saxlamağa çalışan Maduro ötən mayda keçirilən qeyri-demokratik seçkidə qalib gələrək ikinci müddətə prezidentliyini elan edib.

Son illərdə milyonlarla venesuelalı hiperinflyasiya, ərzaq və dava-dərman çatışmazlığı ucbatından ölkəni tərk edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG