Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

ABŞ Venesuela prezidentinin arvadına sanksiya elan edir


Prezident Nicolas Maduro və arvadı Cilia Flores (Foto arxivdəndir)
Prezident Nicolas Maduro və arvadı Cilia Flores (Foto arxivdəndir)

Birləşmiş Ştatlar sentyabrın 25-də Venesuela prezidenti Nicolas Maduro-nun arvadına, ölkənin vise-prezidentinə və prezidentin yaxın çevrəsindən olan başqalarına qarşı sanksiyalar elan edib.

BMT Baş Assambleyasında çıxış edən prezident Donald Trump deyib ki, cəzalandırıcı tədbirlər Karakasın “insan facizəsi üçün cavabdeh olan repressiv rejimini” hədəfləyir.

ABŞ Maliyyə Nazirliyi keçmiş baş prokuror və prezidentin arvadı Cilia Adela Flores de Maduro-ya, vise-prezident Delce Rodriguez-ə sanksiyalar elan olunduğunu bildirib. Onlar Maduro-nun hakimiyyətdə qalmasına kömək etməkdə ittiham olunurlar.

Bu sanksiyalarda sözü gedən şəxslərin ABŞ-dakı bütün mülkiyyətinin müsadirəsi nəzərdə tutulur.

Sanksiyalar siyahısına salınmış daha iki rəsmi Maduro-nun yaxın çevrəsinə daxil kommunikasiyalar naziri Jorge Rodriguez və müdafiə naziri Vladimir Padrino Lopez-ə elan olunub.

Sanksiyalar barədə xəbərə reaksiya verən Maduro deyib ki, onları “ideoloji düşməni Donald Trump-dan verilmiş şərəf” hesab edir.

Prezident Maduro-nun özünə qarşı sanksiyalar artıq 2017-ci ilin iyulunda elan edilib. O vaxt Venesuela parlamentinin başçısı Diasdado Cabello-ya da sanksiyalar qoyulmuşdu.

Venesuela 2010-cu ildən bəri dərin iqtisadi və siyasi böhran yaşamaqdadır.

Bu arada ABŞ Donanmasının vise-admiralı Craig Faller sentyabrın 25-də deyib ki, Birləşmiş Ştatlar Venesuelanın iqtisadi-siyasi böhranı ilə bağlı heç bir hərbi əməliyyat hazırlamır.

Faller ABŞ-ın Cənubi Amerikadakı hərbi əməliyyatlarına komandanlıq etmək üçün Trump-ın nominasiyasıdır.

Venesuela bu ay Birləşmiş Ştatları ölkəyə müdaxilə etmək niyyətində və hərbi qəsdlərə dəstək verməkdə ittiham edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG