Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:01

Rusiya Venesuelanın 3 milyard dollarlıq borcu qaytarmasını asanlaşdırır


Moskva Venesuelanın sosialist lideri Maduronu bütün vasitələrlə dəstəkləyir
Moskva Venesuelanın sosialist lideri Maduronu bütün vasitələrlə dəstəkləyir

Rusiya və Venesuela arasında imzalanmış sazişə əsasən Karakasın Moskvaya 3.15 milyard dollarlıq kredit borcu yenidən strukturlaşdırılacaq. Bu sazişə əsasən Venesuela sözü gedən borcu Rusiyaya 10 il müddətində qaytarmalıdır.

Rusiyanın Maliyyə Nazirliyi noyabrın 15-də bildirib ki, kredit üzrə ödənişlər ilk 6 il ərzində minimum həddə olacaq.

Venesuela neft qiymətlərinin düşməsi ilə əlaqədar son iki ildə ağır iqtisadi, maliyyə və siyasi böhranla üzləşib.

Venesuelanın itisadiyyat və maliyyə naziri Simon Zerpa Moskvada müxbirlər qarşısında məlumat verərkən bildirib ki, dövlət neft şirkəti PDVSA da daxil Venesuela firmalarının Rusiyadan aldığı kreditlər bu sazişə daxil deyil.

Venesuela vise-prezidenti Wilmar Castro Soteldo-nun dediyinə görə sazişin şərtləri kifayət qədər yumşaq və Karakas üçün son dərəcə əlverişlidir.

Venesuela hazırda ümumilikdə 140 milyard dollarlıq xarici borclarını təkrar strukturlaşdırmağa çalışır.

Neft qiymətlərinin düşməsi və ölkədəki siyasi sabitsizlik inflyasiyanı 3 rəqəmli həddə çatdırıb.

Venesuela Rusiyadan krediti 2011-ci ildə alıb və ötən il kredit üzrə ödəmələrini yerinə yetirə bilməyib.

Bu həftə Venesuela xarici borcları üzrə 200 milyon dollarlıq ödənişini edə bilmədikdən sonra kredit reytinqi firması Standard & Poor's ölkəni “seçimli defolt” kateqoriyasına salıb.

Karakas Vaşinqtonun Venesuelanın kredit öhdəliklərini yerinə yetirə bilmədiyinə görə ona qarşı sanksiyalar irəli sürməsini pisləyib.

Venesuela artıq bir neçə aydır ki, siyasi təlatüm və etiraz aksiyalarının ağuşundadır. Müxalifət və Qərb, prezident Nicolas Maduro hökumətini getdikcə avtoritarlaşmaqda ittiham edirlər.

BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi yığıncağında ABŞ səfiri Nikki Haley Venesuelanı dünyaya təhlükə yaradan və “getdikcə zorakılaşan narkodövlət” adlandırıb. Bu iclasda Haley-i Çin və Rusiya səfirləri boykot ediblər.

AzadlıqRadiosu yazır ki, hələ mərhum sosialist lider Hugo Chavez-in zamanından yaxşı münasibətlərdə olan Moskva və Karakası Vaşinqtonla düşmənçilik daha da yaxınlaşdırıb.

Ötən ay Moskvada səfərdə olan Maduro prezident Vladimir Putinə siyasi və diplomatik dəstəyinə görə təşəkkürünü bildirib. Rusiya Venesuelanın ərzaq qıtlığı çəkdiyi aylarda ona taxıl da göndərmişdi.

Venesuela həm də Rusiyanın neft nəhəngi Rosneftin ən uzaq xammal mənbələrindən biridir.

Rosneft Maduronun hökumətini ayaqda saxlamaq üçün Venesuelaya əvvəlcədən ödənişlər edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG