Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:21

Venesuelanın dövlət neft şirkəti sanksiyaya görə “Qazprombank”- da hesab açıb


Venesuelanın PDVSA dövlət neft şirkəti
Venesuelanın PDVSA dövlət neft şirkəti

Venesuelanın PDVSA dövlət neft şirkəti birgə müəssisələrdəki tərəfdaşlarına neft pullarını bu yaxınlarda “Qazprombank”- da açılan yeni hesaba köçürməyi məsləhət görüb.

Qeyd edək ki, bu,Rusiya bankıdır.

Reuters yazır ki, bu, yanvarın 28-də ABŞ-ın PDVSA şirkətinə qarşı tətbiq etdiyi sanksiyaya bir cavabdır.

Sanksiyalarda məqsəd, Venesuelada prezidentliyini qorumağa çağıran Nicolas Maduronun neftdən gələn gəlirlərə çıxışını bağlamaqdır.

Qeyd edək ki, Vaşinqton onun legitimliyini tanımır.

Müxalifət lideri və parlamentin sədri Juan Guaido ötən ay özünü müvəqqəti ölkə başçısı elan edib və bundan sonra ABŞ, Kanada, bir sıra Iatın Amerikası və Avropa Birliyi ölkələri onun legitimliyini qəbul ediblər.

Venesuelanın dövlət neft şirkəti təkid edir ki, tərəfdaş şirkətlər gələcəkdə birgə layihələrdə iştirakları barədə qəti qərar verməlidirlər.

Norveçin “Equinor”, ABŞ-ın “Chevron” və Fransanın “Total” şirkətləri də bura daxildir.

Yeni sanksiyanın şərtlərinə əsasən, bu şirkətlərin Venesuela ilə işi yekiunlaşdırmasına müəyyən vaxt verilir.

Artıq bir sır şirkətlər bu ölkədəki əməkdaşlarını geri çağırıblar.

Həmçinin Avropa Birliyi Maduro rejimini sanksiyalarla hədələyib.

Bank köçürmələrinin dayandırılmasına görə, Venesuela sahilləri yüklənmiş tankerlərlə doludur.

Qeyd edək ki, Rusiya Venesuela böhranında Maduronun tərəfini saxlayır və Birləşmiş Ştatları bu ölkənin daxili işlərinə qarışmaqda günahlandırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG