Keçid linkləri

Təcili xəbərlər
2019, 22 May, çərşənbə, Bakı vaxtı 21:47

Venesuela müxalifəti yenidən küçələrə çıxıb


Venesuala müxalifəti etiraz aksiyası keçirir, 6 aprel, 2019

Venesuelada müxalifət tərəfdarları aprelin 6-da yenidən küçələrə çıxıblar.

Reutersin məlumatına görə, etiraz nümayişində 10 minlərlə adam iştirak edib.

Onlar müxalifət lideri Juan Guaido-ya dəstək bildirib, prezidentliyini qorumağa çalışan Nicolas Maduronu ölkə iqtisadiyyatını dağıtmaqda ittiham ediblər.

Qeyd edək ki, artıq bir neçə həftədir ki, Venesuelada elektrik və içməli su problemi yaranıb.

Ölkə artıq xeyli vaxtdır ki, hiperinfilyasiya, ərzaq və dəva-dərman qıtlığından əziyyət çəkir. Sakinlər son aylar böhranın daha da dərinləşdiyini deyirlər.

Ölkənin elektrik sisteminin sıradan çıxması, həmçinin su və mobil rabitə əlaqəsinin kəsilməsinə səbəb olub.

Qeyd edək ki, müxalifət lidri Guaido bundan əvvəl bəyan etmişdi ki, martın 6-da ölkədə “Azadlıq” əməliyyatının birinci mərhələsi kimi etirak aksiyalarına başlanacaq.Müxalifət dinc yolla Maduronu hakimiyyətdən kənarlaşdırmağa çalışır.

Guaido tərəfdarlarını aprelin 10-da yenidən küçələrə çıxmağa çağırıb.

Prezidentliyini qorumağa çalışan Nicolas Maduronun Sossialist partiyası da aprelin 6-da paytaxt Karakasda ayrıca yürüş təşkil edib.

Bir neçə min adamın iştirak etdiyi aksiyada əsasən dövlət qulluqçuları iştirak ediblər.

Maduro ölkənin elektrik enerjisi sisteminə hücum edildiyini bildirib və qeyd edib ki, bunun arxasında ABŞ hökuməti durur.

Müxalifətsə onun bu iddiasını rədd edir və Maduro rejimini səriştəsizlikdə günülhlandırır.

Mxalifət lideri və parlamentin sədri Juan Guaidobu bu ilin yanvarında özünü müvəqqəti ölkə prezidenti elan edib.

ABŞ, Kanada, bir sıra Latın Amerikası və Avropa Birliyi ölkələri isə Venesuela müxalifətinin lideri Juan Guaido-nun tərəfini saxlayır və onu Venesuelanın müvəqqəti legitim prezidenti kimi tanıyıblar.

Kuba, Rusiya, Çin, Türkiyə və bir qrup ölkələr Venesuela böhranında Maduro rejiminin tərəfini saxlayırlar.

BMT-nin təhlükəsizlik şurası gələn həftə Venesueladakı siyasi və iqtisadi böhranı müzakirə etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG