Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:45

Venesuela hərbçiləri nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib


Venesuela hərbçiləri Urena şəhərində aksiyaçılarla toqquşur.
Venesuela hərbçiləri Urena şəhərində aksiyaçılarla toqquşur.

Venesuelanın milli qvardiyası Kolumbiya ilə sərhəddə nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Etirazçılar Tacira çayının üstündəki körpüdə qurulmuş barrikadaları sökməyə cəhd göstəriblər.

Bu barədə “Washington Post” qəzeti yazır.

Bu körpü, Venesuelanın Urena şəhəri ilə Kolumbiyaərazisini birləşdirir.

Körpünün o biri tayında isə Kolumbiyanın Kukuta şəhəri yerləşir ki, ABŞ-ın Venesuelaya göndərdiyi hümanitar yardımın bir hissəsi həmin şəhərdə ilişib qalıb.

Venesuela hakimiyyəti həmin yardımı ölkəyə buraxmır.

Venesuela müxalifətinin lideri və parlamentin sədri Juan Guaido bu ilin yanvarında özünü müvəqqəti ölkə prezidenti elan edib və vaxtındanəvvəl azad və ədalətli prezident seçkisi keçirməyə çağırıb.

ABŞ, Kanada, Latın Amerikası və Avropa Birliyi ölkələrinin çoxu artıq onu legitim dövlət başçısı kimi tanıyıblar.

Rusiya, Kuba və Meksika kimi ölkələr isə prezidentliyini qorumağa çalışan Nicolas Maduronun tərəfini saxlayırlar.

Guaido hərbçilərin ölkəyə göndərilən hümanitar yardımların çatdırılmasını əngəlləməməsi üçün, tərəfdarlarını fevralın 23-də hərbi hissələrin ətrafında canlı səd qurnağa çağırıb.

ABŞ-dan göndərilən bu hümanitar yüklərin bir hissəi hazırda Kolumbiyanın Kukuta şəhərindədir.

Britaniyalı milyarder Richard Brenson ötən axşam bu şəhərdə xeyriyyə konserti təşkil edib.

Yığılan pullar ehtiyacı olan venesuelalılara verilməlidir.

Maduronun da yüzlərlə tərəfdarı həmin yerin yaxınlığında, amma Venesuela ərazisində özlərinin festivalını keçirmək qərarına gəliblər.

Guaidonun ölkədən çıxışına qadağa qoyulsa da Kolumbiya ərazisində keçirilən konsertdə o da iştirak edib.

Onun sözlərinə görə Kolumbiyaya keçməsinə hərbçilər kömək edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG