Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Venesuela hakimiyyəti Kolumbiya ilə sərhəddəki 3 körpünü müvəqqəti bağlayıb


Kolumbiyanın Venesuela ilə sərhəd bölgəsində yerləşən Kukuta şəhəri. Venesuelaya hümanitar yardım göndərilir.
Kolumbiyanın Venesuela ilə sərhəd bölgəsində yerləşən Kukuta şəhəri. Venesuelaya hümanitar yardım göndərilir.

Venesuela hakimiyyəti Kolumbiya ilə sərhəddəki 3 körpünü müvəqqəti bağlayıb.

Bunu öolkənin vitse-prezidenti Delsi Rodriges özünün “Tvitter” səhifəsində yazıb.

Rordriges qeyd edib ki,onun ölkəsi venesuelalılar və kolumbiyalıların sərhəd keçidlərində təhlükəsizliyinə hələ də təminat verir.

O? Kolumbiya prezidenti İvan Duke-dən (Ivan Duque Marquez) ABŞ prezidenti Donald Trump-ı dəstəkləməkdən əl çəkməyə çağırıb.

Venesuela müxalifətinin lideri və parlamentin sədri Juan Guaido bu ilin yanvarında özünü müvəqqəti ölkə prezidenti elan edib və vaxtındanəvvəl azad və ədalətli prezident seçkisi keçirməyə çağırıb.

ABŞ, Kanada, Latın Amerikası və Avropa Birliyi ölkələrinin çoxu artıq onu legitim dövlət başçısı kimi tanıyıblar.

Rusiya, Kuba və Meksika kimi ölkələr isə prezidentliyini qorumağa çalışan Nicolas Maduronun tərəfini saxlayırlar.

Guaido hərbçilərin ölkəyə göndərilən hümanitar yardımların çatdırılmasını əngəlləməməsi üçün, tərəfdarlarını fevralın 23-də hərbi hissələrin ətrafında canlı səd qurnağa çağırıb.

ABŞ-dan göndərilən bu hümanitar yüklərin bir hissəi hazırda Kolumbiyanın Kukuta şəhərindədir.

Britaniyalı milyarder Richard Brenson ötən axşam bu şəhərdə xeyriyyə konserti təşkil edib.

Yığılan pullar ehtiyacı olan venesuelalılara verilməlidir.

Maduronun da yüzlərlə tərəfdarı həmin yerin yaxınlığında, amma Venesuela ərazisində özlərinin festivalını keçirmək qərarına gəliblər.

Guaidonun ölkədən çıxışına qadağa qoyulsa da Kolumbiya ərazisində keçirilən konsertdə o da iştirak edib.

Onun sözlərinə görə Kolumbiyaya keçməsinə hərbçilər kömək edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG