Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 19:58

'Vəkillər Əli Kərimli ilə görüşə bilməyib'


Bakı, 17 noyabr 2018

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli və başqa saxlananlarla görüş təşəbbüsləri nəticə verməyib.

Milli Şura sədri Cəmil Həsənli deyib ki, vəkil Fuad Ağayevin orderi olmadığından bu baş tutmayıb. Onun sözlərinə görə, orderi olan vəkil isə təşübbüs göstərsə də onun görüş istəyi baş tutmayıb.
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli və daha başqa 10 şəxs hələ də buraxılmayıb”

AXCP ali məclisinin sədri Əli Kərimlidən soraq olmadığını deyir
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Xatırlatma

Noyabrın 17-də Milli Dirçəliş günü ilə bağlı Milli Şura rəhbərliyi və fəallar "Şəhidlər Xiyabanı"na gediblər. Əllərində qərənfillər olan bu insanlar Milli Dirçəliş günü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət edəcəklərini açıqlamışdılar. Amma polis buna imkan verməyib. Başda Milli Şura sədri Cəmil Həsənli, bu quruma daxil AXCP sədri Əli Kərimli olmaqla onlarla şəxsi Səbail rayon Polis İdarəsi-nə gətiriblər. Gecə saatlarında Cəmil Həsənli və bəzi fəllar sərbəst buraxılıblar.Amma Əli Kərimli və daha 10 nəfər hələ də buraxılmayıb. Onlar icazəsiz yüriş-mitinq keçirməkdə günahlandırılırlar.Bununla bağlı Bakı şəhər Polis İdarəsi məlumat yayıb.

XS
SM
MD
LG