Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:16

Ukraynada vəkilin ölümünə görə yürüş keçirilib- YENİLƏNİB


Vəkil İrina Nozdrovska

Ukrayna paytaxtı Kiyevdə yüzlərlə adam küçələrə çıxaraq vəkilin ölümünün hərtərəfli araşdırılmasını və daxili işlər naziri Arsen Avakov-un istefasını tələb edib.

Etirazçılar yanvarın 2-də Kiyev regional polis idarəsinin qarşısına toplaşıblar.

Bir gün öncə vəkil Iryna Nozdrovska-nın meyiti tapılıb. O, dekabrın 29-da itkin düşüb. Bundan öncə bacısının ölümünə görə təqsirli bilinmiş şəxsin həbsdən buraxılmamasına nail olub.

Polis idarəsinin müdiri Dmytro Tsenov etirazçılarla görüşüb, Nozdrovska-nın ölümünü araşdırmaq üçün xüsusi ekspert qrupunun yaradıldığını deyib.

Nozdrovska Dmytro Rossoshansky-yə qarşı cinayət işiylə bağlı səylərinə görə hədələndidiyini deyirdi. Rossoshansky 2015-ci ildə vəkilin bacısı Svitlana Sapatanyska-nı maşınla vurandan sonra saxlanmışdı.

***

Ukraynada öz bacısının ölümünə səbəb olduğuna görə məhkum edilmiş şəxsin həbsxanadan azad edilməsinin qarşısını almış vəkilin meyiti tapılıb.

İrina Nozdrovskanın cəsədi yanvarın 1-də Kiyev rayionlarından birində aşkar olunub. O dekabrın 29-da işdən çıxandan bəri itkin sayılırdı.

Nozdrovska 2015-ci ildə avtomobil qəzası törədərək bacısı Svitlana Sapataniskanın ölümünə səbəb olmuş Dmitro Rossoşanskinin işi ilə məşğul olandan ölüm təhdidləri alırdı.

Hakimlər Kiyev vilayəti hakiminin qardaşı oğlu olan Rossoşanskinin apellya iddiasını rədd etmişdilər. Onun yeddi illik məhkumluğundan sonra dekabrın 27-də əfv olunmaq üçün verdiyi iddia Nozdrovskanın apardığı ictimai kampaniya nəticəsində rədd edilmişdi.

Nozdrovska və başqaları bildirirdilər ki, gənc Rossoşanskinin “narkoman dostları” onu azad etməli olan məhkəmə iclasına gəlmişdilər.

Vəkil hakimlərə “Ukraynada çox nadir hallarda çıxarılan ədalətli hökmə” görə təşəkkürünü bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG