Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Vəkil: 'Azad Həsənovu Kürdəxanı təcridxanasına aparıblar'


Kürdəxanı həbsxanası
Kürdəxanı həbsxanası

“Xətai Rayon Polis İdarəsindən mənə deyilənə görə, qardaşım Azad Həsənovu bu gün, oktyabrın 13-ü Kürdəxanı təcridxanasına aparıblar”.

Bunu Azadlıq Radiosuna A. Həsənovun qardaşı Araz Həsənov bildirib.

Onun sözlərinə görə, qardaşı oktyabrın 11-i səhərə yaxın Litvadan Bakıya gəlib, həmin gün Hövsanda evlərinin yaxınlığında saxlanaraq naməlum istiqamətə aparılıb.Üstəlik, onun qeyd etməsinə görə, qardaşını aparanlar mülkü geyimli şəxslər olub.

A.Həsənov habelə vurğulayır ki, bu hadisədən sonra qardaşını tapmaq məqsədilə oktyabrın 12-si bir çox polis idarələrinə gedib, o cümlədən Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) də olub:

“BŞBPİ-də mənə dedilər ki, qardaşımı Xətai Rayon Polis İdarəsinə aparıblar. 12-si axşam saat 18-dən sonra Xətai Rayon Polis İdarəsinə gəldim. Azadın burda olduğunu dedilər, amma hər hansı görüş verilməyəcəyini bildirdilər”.

Araz Həsənov əlavə edir ki, bu gün, oktyabrın 13-də Xətai Rayon Polis İdarəsində olub. Ordan eşidib ki, A.Həsənovu artıq Kürdəxanı təcridxanasına göndəriblər.

Azerbaijan -- Azad Hasanli
Azerbaijan -- Azad Hasanli

Azad Həsənovun Kürdəxanı təcridxanasına aparılamsını vəkil Osman Kazımov da təsdiqləyib:

“Bu gün, oktyabrın 13-də Xətai Rayon Polis İdarəsində mənə dedilər ki, Azad Həsənov barəsində həbs qət-imkan tədbiri qərarı var və həbs edilərək Kürdəxanıya aparılıb”.

O.Kazımovun sözlərinə görə, A.Həsənov barəsində həbs qət-imkan tədbirinin seçilməsinin səbəbləri, hansı cinayətdə ittiham olunması barədə hər hansı informasiya verilməyib.

Bu deyilənlərə hüquq-mühaifə orqanlarından da münasibət almaq mümkün olmayıb.

Buna da bax:Müsavatçıya 10 sutka həbs cəzası verildi

Xatırlatma

A.Həsənov 2014-cü ildən Litvada yaşayır. Bakıya oktyabrın 11-də səhər saatlarında gəldiyi bildirilir. Gəlişinə səbəb kimi isə atasının onkoloji xəstə olması göstərilir.Yaxınlarının deməsinə görə, Oktyabrın 11-i Hövsanda atası evinin yaxınlığında onu mülki geyimli şəxslər saxlayıb.

A.Həsənov 2003-cü idən Müsavat Parityasının üzvüdür. İndki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatalığa namizədliyini irəli sürdükdə A.Həsənov onun Seçki Qərargahının üzvü olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG