Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:35

Vazgen Manukyana cinayət işi açılıb


Müxalifətin 22 fevral aksiyası
Müxalifətin 22 fevral aksiyası

Yerevanda müxalif “Vətənin xilası” hərəkatının baş nazir Nikol Paşinyanın istefasını tələb edən daha bir yürüşü keçirilib.

AzadlıqRadiosunun Erməni xidməti –Azatutyun yazır ki, fevralın 22-də keçirilən yürüşün iştirakçıları iki saatadək davam edən aksiya zamanı Fransa meydanına, oradan isə Ermənistan prezidentinin iqamətgahı yerləşən Baqramyan küçəsinə gəliblər.

Onlar burada bir daha prezident Armen Sarkisyandan baş nazir Paşinyanın istefası məsələsində ardıcıl olmağı tələb ediblər.

Nümayişçilər bundan sonra parlamentin qarşısına gəliblər.

İtaətsizlik aksiyası

Mitinqdə Daşnaksutyun partiyasının nümayəndəsi İşxan Saqatelyan, Firavan Ermənistan müxalif fraksiyasının deputatı Naira Zohrabyan və keçmiş hakim Respublika Partiyasından keçmiş millət vəkili Arpine Ovanisyan çıxış ediblər.

Aksiyaçılar hakimiyyəti müharibədə məğlub olmaqda, minlərlə qurbanların verilməsində ittiham ediblər.

Azatutyun yazır ki, “Vətənin xilası” hərəkatının baş nazirliyiə namizədi Vazgen Manukyana qarşı cinayət işi qaldırılıb.

Vazgen Manukyan
Vazgen Manukyan

O konstitusiya quruluşunun dəyişdirilməsinə və hakimiyyətin zorakılıqla ələ alınmasına çağırışda ittiham edilir.

Bundan əvvəl Manukyan demişdi ki, müxalifət hakimiyyəti “ildırım sürəti ilə” ələ almağa hazır olmalıdır.

Vazgen Manukyan deyib ki, özünə qarşı ittihama tamamilə təbii baxır, çünki hazırkı hakimiyyət hərəkatın üzvləri barəsində çox sayda belə cinayət işləri qaldırıb.

Saqatelyan itaətsizlik aksiyasının fevralın 23-də davam etdiriləcəyini deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG